Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:03

Aparıcı Avropa ölkələri İranla nüvə sazişini qorumağa çalışırlar


Foto arxiv
Foto arxiv

İran və 2015-ci ildə onunla nüvə sazişi razılaşmasında iştirak edən 5 aparıcı dünya ölkəsinin xarici işlər nazirləri iyulun 6-da Vyanada bir araya gələcəklər.

AzadlıqRadiosunun İran mətbuatına istinadla verdiyi məlumata görə, onlar ABŞ-ın bu razılaşmadan çıxmasından sonra sazişin qorunması yollarını müzakirə edəcəklər.

Böyük Britaniya, Fransa, Almaniya,Çin və Rusiya hə də bu sazişə sadiq qaldıqlarını bildirirlər.

Görüşdə əsasən razılaşmanın qorunub saxlanması ilə bağlı “Avropanın təklif etdiyi tədbirlər paketi” müzakirə olunacaq.

Qeyd edək ki, bu İran prezidenti Hassan Rohani-nin İsveçrəyə səfəri fonunda baş verir. Rohani İsveçrədən qonşu Avstriyaya yollanacaq.

İran prezidenti Avropa ölkələrinin bu tədbirlər paketini qəbul edəcəklərinə ümidlə yanaşdığını bildirib.

Prezident Donald Trump bu ilin mayında ABŞ-ın İranla nüvə sazişindən çıxdığını və ona qarşı sanksiyaların bərpa ediləcəyini bəyan elədi.

Donald Trump
Donald Trump

Buna da bax: "ABŞ İran neftinin dünya boyunca idxalını dayandırmaq istəyir"

Bundan sonra İran valyutası sürətlə dəyərdən düşməyə başlayıb.

İranla nüvə sazişindən sonra ona qarşı beynəlxalq sanksiyalar aradan qaldırılıb.

Amma Avropa ölkələri sazişə əməl edəcəklərini bəyan ediblər.

İran nüvə sazişi və sanksiyaların qaldırılması əvəzində özünün nüvə proqramını dondurub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG