Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 02:33

Ötən il Fransada saxlanan rusiyalı biznesmen və deputat Süleyman Kərimov artıq Moskvadadır


Suleiman Kerimov

Rusiya Federasiyasının Fransada saxlanan üzvü Süleyman Kərimov Moskvaya dönüb.

“İnterfaks” agentliyinin məlumatına görə, vergidən yayınma ilə bağlı ona qarşı irəli sürülən ittiham geri götürülüb.

TASS-ın məlumatına görə bu xəbəri Rusiyanın Marseldəki diplomatik missiyası da təsdiqləyib.

Kərimovun nümayəndələri RBK televiziya kanalına müsahibədə, biznesmenin artıq Federasiya şurasında işə çıxdığını da deyiblər.

Süleyman Kərimov 2017-ci il noyabrın 20-də Nitsa hava limanında saxlanmışdı.

O, 400 milyon avro məbləğində vergidən yayınmaqda şübhəli bilinirdi.

Amma biznesmen ittihamı rədd edirdi.

Kərimov Fransadan çıxmamaq şərti ilə 40 milyon avro girov qoyubmuş.

“İnterfaks” agentliyi bildirir ki, Fransa hakimiyyəti hələlik bu məbləği Kərimova qaytarmayıb.

Süleyman Kərimov Fransada olduğu müddətdə məhkəmənin icazəsi ilə bir neçə dəfə Rusiyada olub.

İyunun 28-də bəlli olub ki, Fransa hakimiyyəti ona qarşı bütün ittihamları geri götürüb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG