Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:05

Suriyada azı 44 nəfər öldürülüb


Zardanada xəstəxana

Suriyada üsyançıların əlində olan regiona şübhəli Rusiya zərbələrindən azı 44 nəfər öldürülüb. Suriyada İnsan Haqlarını Müşahidə Təşkilatının bildirməsinə görə, iyunun 7-də gecə İdlib vilayətinə endirilmiş hava zərbələrində ölənlərin beşi uşaqdır.

“Rusiyaya məxsus olduğu görünən hərbi təyyarələr İdlib regionunun şimalındakı Zardana kəndini hədəfə alıb”, – təşkilatın direktoru Rami Abdulrahman deyib.

Bu, 2018-ci ildə regionda ən çox itkiyə səbəb olmuş hücumdur.

Ölü sayı arta bilər, çünki zərbələrdə 60 nəfər də yaralanıb.

Xilasedicilər axtarışları davam etdirirlər.

İdlib prezident Bashar al-Assad hökumətinə müqavimətin sonuncu böyük məkanlarındandır.

Rusiya 2015-ci ilin sentyabrından Suriyanı bombalayır, vətəndaş müharibəsində Assad-ı dəstəkləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG