Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 09:10

Prezidentin Goranboy səfəri davam edir


Goranboyda Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolu

Dövlət başçısı Goranboy rayonuna səfəri çərçivəsində həmçinin, Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışını edib.

Prezidentə məlumat verən «Azərbaycan Avtomobil Yolları» Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib ki, uzunluğu 20 kilometr olan yolun hərəkət hissəsinin eni 6 metr təşkil edir.

Daha sonra prezident İ.Əliyev Goranboy rayonunda hər biri 40 MVA gücündə olan iki transformatorun quraşdırıldığı 110/35/10 kilovoltluq «Dəliməmmədli» yarımstansiyasının açılışına qatılıb.

«Azərişıq» Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev yarımstansiya barədə məlumat verib. O vurğulayıb ki, bu yarımstansiyanın genişləndirilərək əsaslı şəkildə yenidən qurulması rayonun keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik təchizatını tam formalaşdırmağa imkan verir.

Prezident Goranboyda

Azərbaycan prezidenti İlham Əliyev Goranboy rayonuna səfər edib.

AZƏRTAC-ın xəbərinə görə, o, iyunun 5-də Goranboy rayonuna səfəri çərçivəsində Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolunun açılışında iştirak edib.

«Azərbaycan Avtomobil Yolları» Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına yolun texniki göstəriciləri barədə məlumat verib. O bildirib ki, 12 min nəfər əhalinin yaşadığı 5 məntəqəni birləşdirən Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolunun ümumi uzunluğu 14 kilometr, hərəkət hissəsinin eni isə 6 metrdir.

«Dördüncü texniki dərəcəli yol iki hərəkət zolaqlıdır. Layihə çərçivəsində 212 poqonmetr müxtəlif diametrli dəmir-beton suötürücü borular, yol nişanları və göstərici lövhələr quraşdırılıb, yol-cizgi xətləri çəkilib», - deyə S.Məmmədov vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG