Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:08

Ukraynalı jurnalist 12 illik həbsə məhkum edildi


Roman Sushchenko (solda) məhkəmədə vəkili Mark Feigin ilə danışarkən, iyun, 2018-ci il

Rusiyada məhkəmə ukraynalı jurnalist Roman Sushchenko-nu casusluqda təqsirli bilərək 12 illik həbsə məhkum edib. Kiyev və insan haqları fəalları bu işi siyasi motivli sayırlar.

İyunun 4-də keçirilən məhkəmədə Moskva Şəhər Məhkəməsi Sushchenko-ya cəzasını ağır rejimli həbsxanada çəkməklə 12 illik cəza kəsib.

Ukrinform xəbər agentliyinin Parisdəki müxbiri olan Sushchenko 2016-cı ildə Moskvada saxlanıb, məxfi informasiya toplamaqda şübhəli bilinib.

Məhkəməsi martda başlananda o, özünü təqsirli bilməmişdi.

Kiyev, insan haqları fəalları, Qərb hökumətləri Rusiyada bir neçə ukraynalının saxta, siyasi motivli ittihamlarla saxlandığını bildirirlər.

Moskva 2014-cü ilin martında Ukraynanın Krım yarımadasını ilhaq edib, o vaxtdan Ukraynanın şərqindəki separatçıları dəstəkləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG