Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:46

İpoteka götürənlərin əksəriyyəti kişilərdir


İpoteka neçə faiz olsa, sizə sərf edər?
Gözlə

No media source currently available

0:00 0:01:03 0:00

İpoteka neçə faiz olsa, sizə sərf edər?

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu indiyə kimi verilən ipoteka kreditlərinin sayı və məbləğini açıqlayıb.

Azərbaycanda bu il aprelin əvvəlinə kimi 22 minə qədər ipoteka krediti verilib.

Qurumun məlumatına görə, fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 1 milyard 40 milyon manatdan artıqdır.

Ötən dövrdə güzəştli ipoteka imkanından yararlananların sayı 6500-ə yaxın olub. Güzəştli şərtlərlə ipoteka kreditlərinin verilməsi, əsasən, 2012-ci ildən geniş vüsət alıb. 6500 kreditin 5500-dən çoxu 2012-ci ildən sonrakı dövrə düşür.

İpoteka kreditlərindən daha çox Bakıda yararlanıblar. Bakının payına 16 min 527 kredit düşür. Sumqayıtda 2206, Abşeronda 1492, Gəncədə 803, Naxçıvanda isə 246 ipoteka krediti verilib.

İndiyədək ipoteka kreditlərinin 51 faizdən çoxunu özəl sektor nümayəndələri alıb. Yerdə qalan hissə dövlət sektorunda çalışanların payına düşür.

İpoteka kreditləri götürənlərin əksəriyyəti kişilərdir - 83 faiz. Onların 54 faizdən çoxu isə subaylardır.

İpoteka krediti götürənlərin çalışdıqları sahələr də açıqlanıb. Bunlarda, əsasən, hərbçilər, bank və sığorta işçiləri diqqət çəkir. İpoteka kreditlərinin 45 faizdən çoxu həmin peşə sahiblərinin payına düşür.

Xatırlatma

Azərbaycanda ipoteka kreditləri 2006-cı ildən İpoteka Fondu (İF) vasitəsilə verilirdi.

Ötən il, dekabrın 26-da prezident İlham Əliyev İpoteka və Kredit Zəmanət Fondunun yaradılması, onun fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb. Həmin fərmana görə, İpoteka və Kredit Zəmanət Fondu İpoteka Fondu və «Kredit Zəmanət Fondu» Açıq Səhmdar Cəmiyyətinin (ASC) hüquqi varisidir. Həmin qurumların bütün hüquq və öhdəlikləri, habelə əmlakı bu fonda keçib.

Azərbaycanda ipoteka kreditləri 4-8 arası faiz dərəcələri ilə verilir.

Kredit götürməkdən ötrü 10-15 faizlik minimal ilkin ödəniş tələb olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG