Keçid linkləri

Təcili xəbərlər
2018, 25 İyun, Bazar ertəsi, Bakı vaxtı 21:16

Əfqanıstanda qadınlara qarşı zorakılıq ‘cəzasız qalır’


Məişət zorakılığına məruz qalmış əfqan qadın, arxiv fotosu

Əfqanıstanda namus qətlləri daxil olmaqla, qadınlara qarşı zorakılıq hərəkətləri çox vaxt cəzasız qalır, baxmayaraq ki, dövlət belə cinayətlərin izinə düşməyə cəhdlər göstərir.

BMT-nin İnsan Haqları Ofisi və BMT-nin Əfqanıstandakı Yardım Missiyası (UNAMA) mayın 29-da hesabat yayıblar. Sənəddə deyilir ki, qadınlara qarşı zorakılıq hallarında vasitəçiliyə əl atılması şübhəli cinayətkarların məhkəmə qarşısını çıxmasını, cəzalandırılmasını əngəlləyir.

UNAMA bildirir ki, qurbanlar adətən vasitəçiliyə razılaşmağa məcbur edilirlər. Münaqişələri də daha çox icma liderləri, yerli və regional şuralar həll etməyə çalışır.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Zeid Ra’ad al-Hussein deyib ki, belə hallar “qadınların və daha geniş ictimaiyyətin ədliyyə sisteminə inamını sarsıdır”.

Hesabatda 2015-ci ilin avqustundan 2017-ci ilin dekabrınadək qadınlara qarşı 237 zorakılıq halı sənədləşdirilib.

UNAMA-nın rəhbəri Tadamichi Yamamoto-nun deməsinə görə, hökumət məsuliyyətə cəlb etməylə bağlı konkret addımlar atsa da, qadınlara qarşı qəddar zorakılıq halları baş verməkdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG