Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:18

Yeni Zelandiyada 150 min inək tələf ediləcək


İnək təsərrüfatı
İnək təsərrüfatı

Yeni Zelandiya xəstəlik yaradan bakteriyanın kökünü kəsməkdən ötrü 150 min inəyi tələf edəcək.

“The Associated Press” agentliyi ölkə rəsmilərinin planı bu gün – mayın 28-də açıqladığını yazır. Rəsmilər bunun yüz milyonlarla dollara başa gələcəyini, ancaq ölkənin ilk dəfə olaraq mikoplazma bakteriyasının kökünü kəsəcəyini deyiblər.

Fermer təsərrüfatları Yeni Zelandiya iqtisadiyyatının əsasını təşkil edir. Ötən iyulda ölkədə ilk dəfə mikoplazma infeksiyası aşkarlanıb. İndiyədək Avropada və Birləşmiş Ştatlarda tapılmış bu bakteriya inəklərdə əmcək xəstəliyi, pnevmoniya, oynaq və digər xəstəliklərə yol açır. Bütün bunlar ərzaq təhlükəsizliyini hədələməsə də, fermalarda istehsal itkisinə səbəb olur.

Rəsmilər bakteriyanın aşkarlandığı təsərrüfatlarda inəklərin hamısının tələf ediləcəyini bildirib. Hətta sağlam sayılan bəzi heyvanlar belə öldürüləcək. Onların deməsinə görə, bəzi inəklər emal zavodlarında kəsilib əti satışa çıxarılacaq, bəziləri isə tələf olunub təsdiqlənmiş ərazilərdə basdırılacaq.

10 MİLYON İNƏK

Hətta hansısa fermer müqavimət göstərsə belə, rəsmilərə zorla həmin təsərrüfata girib heyvanları tələf etməyə səlahiyyət verilib. Amma onlar bu səlahiyyətdən istifadə etməyə məcbur qalmayacaqlarına ümid edirlər.

Jacinda Ardern
Jacinda Ardern

Yeni Zelandiyada 10 milyon inək var, əhali sayından iki dəfə artıq. Onların üçdə ikisi süd verən, qalanları ətlik inəklərdir. Süd məhsulları ölkənin ən böyük ixrac məhsuludur, əsasən Çinə satılır və orada uşaq qidası kimi istifadə olunur.

Rəsmilər 38 təsərrüfatda mikoplazma bakteriyasının tapıldığını bildirir və bu rəqəmin azı 142 təsərrüfata yayılma ehtimalı var.

Son aylar 24 min inək tələf olunub, azı 128 minini də bu “tale gözləyir”.

On il ərzində bu proqramın 886 milyon Yeni Zelandiya dollarına (616 milyon ABŞ dolları) başa gələcəyi bildirilir.

Baş nazir Jacinda Ardern bakteriyanın kökünü kəsməyin mümkünlüyünə inandığını söyləyib.

Uzunmüddətli perspektivdə bunun Yeni Zelandiya iqtisadiyyatı üçün inanılmaz vacib sənayeyə hansı təsiri göstərəciyini bilmirik. Xəstəliyin kökünü kəsmək fürsətimiz var və bundan yararlanacağıq”, – o deyib.

Rəsmilər planın işləyib işləmədiyini ilin sonunadək biləcəklərini söyləyirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG