Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyun, çərşənbə, Bakı vaxtı 13:48

Çin ABŞ hərbi gəmilərinə etiraz edir


Cənubi Çin dənizində Çin gəmiləri

Çin hökuməti Birləşmiş Ştatların Cənubi Çin dənizindəki “ərazi suları”na iki hərbi gəmi göndərməsindən “güclü narazılığını” dilə gətirib.

ABŞ rəsmiləri mayın 27-də iki gəminin mübahisəli Parasel adalarının 12 dəniz mili yaxınlığına göndərildiyini açıqlayıb.

Çin ordusu ABŞ gəmilərinin mövcudluğu təsdiqləmək üçün dərhal hərbi gəmilər göndərib və ABŞ tərəfinə “ərazidən çıxmaq xəbərdarlığı” edib. Məlumatı Çinin Xarici İşlər Nazirliyi yayıb.

ABŞ ordusu beynəlxalq qanunvericiliyə uyğun olaraq donanmasının istənilən zonada üzmək və əməliyyat keçirmək hüququnu təsdiqlətmək üçün “naviqasiya azadlığı” təlimləri keçirdiyini bildirir.

Çin mübahisəli Parasel adalarımı cənubi Hainan vilayətinə birləşdirib. Bu adalar turizm məkanı kimi hazırlanır, eləcə də silah sistemləri ilə təmin olunur ki, Çinin bütünlükdə Cənubi Çin dənizinə iddiasını təmin edə bilsin.

Birləşmiş Ştatlar isə Pekinin Cənubi Çin Dənizini “davamlı hərbləşdirməsi”ni pisləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG