Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:19

Arif Alışanov ölüm işində suçlanmasına reaksiya verdi


A.Alışanov
A.Alışanov

«Azərbaycan Televiziya və Radio Verilişləri» QSC-nin sədri Arif Alışanov gənc qızı qətlə yetirməsi barədə ünvanına səslənən ittihamlara reaksiya verib. AzTV rəhbəri onun özünü, qızını, sürücüsünü və bacısı oğlunu qətlə yetirməyə cəhddə suçlanan şəxslərin işinə baxan hakimlərə vəkili vasitəsilə müraciət edib.

Mayın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxış edən vəkil Zaur Abbasov bildirib ki, hüquqlarını müdafiə etdiyi A.Alışanova böhtan atılır: «Bu da ajiotaj yaratmaq, ictimaiyyəti çaşdırmaq niyyətindən irəli gəlir. Ağır cinayətdə ittiham edib böhtan atmaq Cinayət Məcəlləsinin 147.2 maddəsinin tərkibini yaradır».

***Buna da bax-'AzTV-nin işçisiyəm, sədr Alışanovun şəxsi işləriylə də məşğul oluram'

O, Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyasından bu cür halların qarşısının alınmasını istəyib.

Təqsirləndirilən şəxslər isə məhkəmədən A.Alışanov və qızı Nigarın iştirakının təmin olunmasını tələb ediblər. Təqsirləndirilən Şücaət Əkbərovun vəkili bildirib ki, onun məhkəməyə gəlməməsi təqsirləndirilən şəxslərin müdafiə hüququnu pozur.

Cinayət işində yazılıb ki, təqsirləndirilən şəxslər AzTV sədrinin həyatına bir neçə dəfə sui-qəsd cəhdi ediblər. İddia olunur ki, Ş.Əkbərov Alışanovun əmlaklarını ələ keçirmək üçün onu öldürmək qərarına gəlib və bu məqsədlə adamlar cəlb edib. Onlara 600 min manat pul vəd edib. Həmin şəxslərdən Müsabi Namazov sonradan bu işdən imtina edib. Ona görə Qoçalı Cəbiyev tanışı Zöhrab Şirinovu tapıb, ona 100 min manat vəd olunub.

***Buna da bax-AzTV rəhbərinə sui-qəsd işi: 'Qızı öldürüb doğramağınız nə tez yadından çıxdı?'

Plan hazırlanıb ki, A.Alışanov bacısı oğlu Dəyanət Cəfərovla birlikdə maşınla Çuxuryurd-Şamaxı şosesində olanda onları yüksək sürətlə vurub dərəyə salsınlar. Plan baş tutmasa da, Ş.Əkbərov vəd etdiyi 100 min manatın bir hissəsini Z.Şirinova verib.

Təqsirləndirilən şəxslər ittihamı qəbul etmir, bunların böhtan olduğunu deyirlər. Ş.Əkbərov bildirib ki, A.Alışanovun bir çox qanunsuz əməllərini, o cümlədən gənc qızın qətlini bildiyinə görə AzTV rəhbəri onu təcrid etmək istəyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG