Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:14

AzTV rəhbərinə sui-qəsd işi: 'Qızı öldürüb doğramağınız nə tez yadından çıxdı?'


A.Alışanov
A.Alışanov

«Arif müəllim mənim yanımda 2-3 milyona yaxın pul verib...», – «Azərbaycan Televiziya və Radio Verilişləri» QSC-nin sədri Arif Alışanovdan söhbət gedir. Bunu deyən isə onun bacısı oğlu Dəyanət Cəfərovdur.

D.Cəfərov mayın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib. O, zərərçəkmiş qismində ifadə verib. İddia olunur ki, məhkəmə qarşısına çıxarılan dörd nəfər – Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov Aqşin Hüseynov AzTV-nin rəhbəri, onun qızı və sürücüsü ilə yanaşı, bacısı oğlunu da öldürməyə cəhd edib.

D.Cəfərov deyir ki, dayısı 2015-ci ildən Şamaxının müxtəlif kəndlərində torpaqlar almağa başlayıb, məqsəd isə təsərrüfatla məşğul olmaq idi. Torpaqları da onlar üçün təqsirləndirilən şəxslərdən Ş.Əkbərov tapıb alırmış:

***Buna da bax-AzTV rəhbərinə sui-qəsd işi: 'Ya özümü öldürməliydim, ya da qol çəkməliydim...'

«Biz ancaq pul verirdik, başqa heç bir prosesdə iştirak eləmirdik. Torpaqları satanları da tanımırdıq. O tapırdı, pulu ona verirdik. Dəfələrlə buradan durub Şamaxıya gedirdik ki, notariusda sənədləşmə, etibarnamə işini həll edək, hər dəfə bir bəhanə ilə təxirə salırdı».

«Öldürmək fikrim olsaydı...»

Bacısı oğlu deyir ki, həmin torpaqlarda təsərrüfatla məşğul olmaq üçün xeyli texnika (traktor, kotan və s.) alıblar. Alınan torpaq və texnikanın bir hissəsi A.Alışanovun sürücüsü Hacı Babayevin, bir hissəsi də Ş.Əkbərovun həyat yoldaşı Səlimənin adına rəsmiləşdirilib. D.Cəfərovun məhkəmədə söylədiklərindən belə məlum olur ki, dayısının öz razılığı ilə əmlakların bir hissəsi Səlimənin adına alınıb: «Biz bilmirdik ki, Şücayətlə Səlimə rəsmi şəkildə ayrılıblar. Onlar necə ayrılmışdılar ki, birlikdə yaşayırdılar? İstintaqda bildik rəsmi şəkildə boşandıqlarını. Deməli, bunlar hər şeyi əvvəlcədən planlaşdırıblar. Bütün nazirləri də adbaad tanıyırdı. Gəlib deyirdi ki, bu ərazidə filankəsin gözü var, tez almaq lazımdır oranı...».

S.Sadıqova isə məhkəməyə müraciət edərək, AzTV-nin rəhbəri və onun adamları tərəfindən zorakılığa məruz qaldığını, məcburi şəkildə notariat kontoruna aparıldığını, əmlaklarının əlindən alındığını iddia edir.

***Buna da bax-AzTV sədrinə sui-qəsd işi: 'Məni ayağımdan asmışdılar'

İttihama görə, Ş.Əkbərov 2015-2016-cı illərdə A.Alışanov üçün aldığı təxminən 5 milyonluq əmlakları ələ keçirmək məqsədilə onun özünü və həmin vaxt onunla birlikdə Şamaxıya gəlmiş yaxınlarını öldürmək istəyib. D.Cəfərov da deyir ki, Şamaxıda onlara sui-qəsd olunub: «Şamaxıdan gələndə aşırımı aşağı sürətlə gedirdik. Aşırımdan aşağıda 500 metrlik dərə var idi. Oradan keçəndə «Niva» bizim maşına çırpıldı. Elə oldu ki, bizim maşın yox, həmin maşın özü aşdı. Maşında indi təqsirləndirilən şəxslərdən Zöhrab idi, gedib çıxartdıq. Şücaət isə həmin vaxt bizimlə idi. Yol polisi çağırmaq istədik, Şücaət qoymadı ki, kasıb adamdır. Zöhrabı biz həkimə apardıq. Onda dayıma dedim ki, bu, elə-belə qəzaya oxşamır, qəsdən üstümüzə gəlib bizi aşırmaq istəyirdi».

Zöhrab Şirinov isə deyir ki, yalandır, heç kimə sui-qəsd etməyib: «Öldürmək fikrim olsaydı, elə «KamAZ»la gedib vurardım da...».

«Kişinin pulu gedib?»

A.Alışanovun sürücüsü Hacı Babayev də zərərçəkmiş qismində ifadə verib. Vəkillərin «sizə nə ziyan dəyib?» sualına belə cavab verib: «Kişinin (A.Alışanovu nəzərdə tutur-red.) pulu gedib...».

***Buna da bax-AzTV sədri prezidentin göstərişindən 'ilhamlanıb biznesə başlayıb'

Təqsirləndirilən Ş.Əkbərov isə Alışanovun həm sürücüsü, həm də bacısı oğlunun yalan danışdığını iddia edib: «Bunların danışdıqlarının hamısı yalandır. Deyir, guya Şamaxıda mən onlara xidmət eləmişəm. Arif kimdir ki, mən ona xidmət eləyim. Hacı, qızı Ariflə birlikdə öldürüb doğramağınız nə tez yadınızdan çıxdı?».

Ş.Əkbərov deyir ki, AzTV rəhbəri onun əməllərindən xəbərdar olduğuna görə onu təcrid etmək üçün şərləyir. Onun iddiasına görə, Şamaxıya gələndə özü ilə gənc qızlar da gətirirdi: «O qızlardan birinin başını əkdilər. Fındıqburun qız idi. Öldürüb doğradılar».

H.Babayev isə bugünkü məhkəmədə bildirib ki, yalandır, belə bir hal olmayıb.

Mayın 23-də keçiriləcək növbəti məhkəmədə A.Alışanov və qızı Nigarın ya özü dindiriləcək, ya da onların istintaqa ifadələri elan olunacaq.

XS
SM
MD
LG