Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 19:50

Çimərliklər yoxlanır


Xəzərdə çimərlik

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Xəzərdəki çimərliklərin monitorinqinə başlayıb.

Bu haqda Səhiyyə Nazirliyindən bildiriblər.

Monitorinqin sentyabrın sonuna kimi davam edəcəyi, Azərbaycanın bütün çimərliklərini əhatə edəcəyi gözlənir.

Monitorinq zamanı çimərliklərdə dəniz suyunun laborator müayinələri aparılacaq, analizlərin nəticələrinə əsasən çimərliklərin hansının istifadəyə yararlı olub-olmadığına qərar veriləcək.

Xatırlama

2017-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi çimərliklərdə monitorinq aparmışdı. Nazirliyin açıqladığı məlumata görə, Qaradağ rayonunun «Sahil», Səbail rayonunun «Şıx» və başqa bəzi çimərliklərdə bakterioloji çirklənmə qeydə alınmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG