Keçid linkləri

Təcili xəbərlər
2018, 24 İyun, bazar, Bakı vaxtı 13:00

Bidzina İvanishvili Gürcüstandakı hakim “Gürcü arzusu” partiyasının sədri seçilib.

İnterfaks-ın məlumatına görə, mayın 11-də partiyanın Tbilisidə keçirilən qurultayında milyarder yektilliklə sədr seçilib.

Bu partiyanı, Bidzina İvanishvilinin özü 2011-ci ildə yaradıb. Partiya 2012-ci ildə keçirilən parlament seçkilərində qalib gəlib.

İvanishvilinin partiyası həmin seçkilərdə keçmiş prezident Mikheil Saakashvilinin “Vahid milli hərəkat” partiyasına qalib gəldi və sonda Saakashvili ölkədən qaçmalı oldu.

Amma Ivanishvili 2013-cü ilin noyabrında siyasətdən getsə də çoxları onun hələ də pərdəarxasından “Gürcü Arzusu” partiyasını dəstəklədiyini düşünürdü.

Hazırda mühacirətdə yaşayan keçmiş prezidentSaakashviliyə qarşı korrupsiya da daxil olmaqla Gürcüstanda bir neçə rəsmi ittiham irəli sürülüb.

Hətta Tbilisi məhkəməsi bu ilin yanvarındaonu qiyabi 3 illik həbsə məhkum edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG