Keçid linkləri

Təcili xəbərlər
2021, 03 Mart, çərşənbə, Bakı vaxtı 04:10

Medvedev yenə də baş nazir oldu


Rusiyanın Dövlət Duması mayın 8-də baş nazir Dmitry Medvedevi daha bir müddətə baş nazir təsdiq edib.

Onun leyhinə 374, əleyhinə isə 56 deputat səs verib.

Dövlət Dumasında Putinin dəstəklədiyi Vahid Rusiya partiyası çoxluğa malikdir. Medvedev bu partiyanın rəhbəridir.

***

Mayın 8-də Rusiya Dövlət Dumasının baş nazir Dmitry Medvedev-i yenidən bu vəzifəyə təsdiqləyəcəyi gözlənir. Bir gün öncə prezident andı içmiş Vladimir Putin onu daha altı illiyə həmin postda görmək istədiyini açıqlayıb.

Parlamentin iclasının Moskva vaxtıyla 3-də başlanacağı gözlənir.

Dumada üstünlük hakim Vahid Rusiya partiyasınındır, partiyanın sədri Medvedev-dir.

Konstitusiyaya görə, yeni prezident fəaliyyətə başlayan kimi hökumət istefa verməlidir.

Rusiyada baş nazir ikinci rəsmi şəxsdir, iqtisadiyyata görə məsuliyyət daşıyır, prezidentə hesabata verir.

52 yaşlı Medvedev 2008-ci ildə, Putin ölkəni iki müddətə idarə edəndən sonra prezidentliyə gətirilib, 2012-ci ildə yenidən yerdəyişmə olunub.

Medvedev 2003-2005-ci illərdə Putin-in idarə rəisi, 2003-2005-ci illərdə baş nazirin birinci müavini idi.

XS
SM
MD
LG