Mayın 5-də Bakı və Abşeron yarımadasında havanın, əsasən, yağmursuz keçəcəyi bildirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 13-16, gündüz 22-27, Bakıda gecə 14-16, gündüz 25-27 dərəcə isti olacaq.
Mayın 5-də Azərbaycanın bəzi rayonlarında isə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntının qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi vurğulanır. Gecə 10-15, gündüz 25-30, dağlarda gecə 4-9, gündüz 10-15 dərəcə isti təxmin edilir.