Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 17:31

Novruz Məmmədov ABŞ konqresmenləri ilə görüşüb


Görüş

«Azərbaycanla ABŞ arasında çox yaxşı əlaqələr var. Münasibətlər bu gün də uğurla inkişaf etdirilir. Bir sıra həssas sahələrdə isə çox möhkəm və sıx əməkdaşlıq mövcuddur».

AZƏRTAC-ın xəbərinə görə, bu fikirləri mayın 3-də ABŞ Konqresinin Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul edən baş nazir Novruz Məmmədov deyib.

Baş nazir vurğulayıb ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ABŞ və Avropa İttifaqı ilə əlaqələrin genişləndirilməsinə xüsusi önəm verib.

«Bu gün demokratik inkişaf yolu ilə irəliləyən Azərbaycan həmin yola sadiqdir», - o deyib.

Dağlıq Qarabağ münaqişəsinə toxunan N.Məmmədov bildirib ki, Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunub. O əlavə edib ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən münaqişə həllini tapmayıb.

Xəbərə görə, ABŞ nümayəndə heyətinin rəhbəri Robert Qudlat isə, öz növbəsində, deyib ki, iki ölkə arasındakı münasibətlər yüksək səviyyədədir və bu əməkdaşlığın gələcəkdə də davam etdirilməsi vacibdir.

Multimedia

XS
SM
MD
LG