Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 09:10

Trump İranla nüvə sazişindən çıxmağa, ‘demək olar, qərar verib’


Trump-la Macron-un görüşü, 24 aprel, 2018-ci il
Trump-la Macron-un görüşü, 24 aprel, 2018-ci il

ABŞ prezidenti Donald Trump İranla 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxmağa, demək olar, qərar verib, ancaq bunu necə edəcəyi bəlli deyil. Bunu dünən – mayın 2-də “Reuters” informasiya agentliyinə Ağ evin iki rəsmisi və administrasiyada gedən debatlardan xəbərdar bir mənbə deyib.

MACRON-UN XƏTRİNƏ

Mənbənin bildirməsinə görə, Trump mayın 12-də açıqlayacağı qərarla Birləşmiş Ştatları beynəlxalq sazişdə saxlaya da bilər. Bunu Fransayla “alyansın saxlanması”, ötən həftə Trump-la görüşmüş Fransa prezidenti Emmanuel Macron-un reputasiyasının qorunması xətrinə edə bilər.

***Buna da bax: ...İranın nüvə silahı üzərində işləməsinə “etibarlı dəlil yoxdur”

Nüvə sazişi İranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində Tehrana beynəlxalq sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutur.

Trump mayın 12-də İrana sanksiyaların yüngülləşdirilməsi müddətini uzatmasa, bu, sazişi məhv edə, İranı qəzəbləndirə bilər. Diplomatların fikrincə, Tehran nüvə silahları proqramını bərpa edə, yaxud Birləşmiş Ştatların Suriya, İraq, Yəmən və Livandakı müttəfiqlərini “cəzalandıra” bilər.

Ağ evin anonimlik şərtilə danışan rəsmisi deyib ki, Trump sonucda “sazişdən tamamilə çıxmadıqlarını” da elan edə bilər, ancaq rəsmi bunun necə baş verəcəyini açıqlaya bilməyib.

“FİKRİNDƏ QƏTİYYƏTLİ GÖRÜNÜR”

İsrailin baş naziri Benjamin Netanyahu bazar ertəsi – aprelin 30-da Tehranın keçmiş nüvə silahı proqramıyla bağlı olduğunu iddia etdiyi sənədlər açıqlayıb. Amma BMT müfəttişləri İranın nüvə sazişinə əməl etdiyini bildirirlər.

İran nüvə silahı hazırlamağa çalışmadığını bildirir, əzəli düşməni İsraili onunla bağlı şübhə oyatmaqda suçlayır.

Ağ evin ikinci rəsmisinin deməsinə görə, aparıcı köməkçiləri Trump-ı sazişdən çıxmaq fikrindən daşındırmaq üçün canfəşanlıq göstərmirlər, çünki o, fikrində qətiyyətli görünür.

***Buna da bax: İranın nüvə sazişini qorumağa çalışacaqlar

Nüvə sazişində “dəhşətli qüsurlar” olduğunu deyən Trump Britaniya, Fransa və Almaniyaya mayın 12-dək vaxt verib ki, nöqsanları aradan qaldırsınlar. Əsas narahatlıq sazişin İranın ballistik raket proqramını əhatələməməsi, sazişin bəzi şərtləri üçün son tarixin qoyulması, İranın şübhəli nüvə obyektlərinin beynəlxalq təftişiylə bağlı şərtlərdir.

Trump deyib ki, bu problemlər yoluna qoyulmasa, İrana sanksiyaları bərpa edəcək. Ancaq o, yeni dövlət katibi Mike Pompeo-ya avropalılarla danışıqlar aparmaq üçün vaxt da verə bilər.

XS
SM
MD
LG