Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 02:40

İranın nüvə sazişini qorumağa çalışacaqlar


Hassan Rohani (sağda) və Emmanuel Macron

Fransa prezidenti Emmanuel Macron iranlı həmkarı Hassan Rohani ilə 2015-ci ildə imzalanmış İran nüvə sazişini qoruyub saxlamaqdan ötrü birlikdə çalışmağa razılaşıblar. Onlar bu razılığa telefon söhbətində gəliblər.

Yelisey Sarayının aprelin 29-da yaydığı məlumatda deyilir ki, Macron-la Rohani “2015-ci il razılaşmasının kontentinin bütün komponentləri ilə birlikdə qorunub saxlanmasından ötrü gələn həftələr ərzində birlikdə çalışmağa razılaşıblar”.

***Buna da bax: Mike Pompeo: 'İran dünyada terrorçuluğun ən böyük sponsorudur'

Macron həmçinin “üç əlavə, ayrılmaz mövzunun” əhatələnməsi üçün müzakirələrin genişləndirilməsini təklif edib. Həmin mövzular Tehranın ballistik raket proqramı, 2025-ci ildən sonrakı nüvə fəaliyyəti, Yaxın Şərqdə “əsas regional böhranlar”dır.

ROHANİ YENİ DANIŞIQLARI İSTİSNA EDİR

Ancaq Rohani Macron-a deyib ki, saziş olduğu kimi qalmalıdır və şərtlərlə bağlı “heç cür yenidən danışıqlar aparıla bilməz”.

“Nüvə sazişi, yaxud onun bəhanəsiylə hər hansı başqa mövzu heç bir halda danışıqlara çıxarıla bilməz”, – İran prezidentinin idarəsi Rohani-nin Macron-a belə dediyini bildirir.

İran öhdəliklərindən kənar hər hansı məhdudiyyəti qəbul etməyəcək”, – Rohani əlavə edib.

Bəyanatlarda sazişin necə qorunub saxlanacağı açıqlanmayıb. Belə ki, İran sənəddə hər hansı dəyişiklikləri istisna edir, ABŞ prezidenti Donald Trump isə “dəhşətli qüsurlar”ın düzəldilməsini tələb edir.

***Buna da bax: İrana satılası Boeing-lər başqa alıcılara verilib

Sazişə görə, İranın nüvə proqramını məhdudlaşdırması əvəzində Tehrana beynəlxalq sanksiyalar yüngülləşdirilib. Trump İranı ballistik raket sınaqları keçirməklə, regionda yaraqlıları maliyyələşdirməklə sazişin ruhunu pozmaqda suçlayır.

Ancaq Rohani Macron-a digər regional məsələlərlə bağlı dialoqa başlamağa hazır olduğunu bildirib.

“QÜSURLARI DÜZƏLDƏ BİLMƏSƏK...”

İran regional sabitlik və təhlükəsizliyin təminatı, terrorçuluqla mübarizəni müzakirəyə çıxarmağa hazırdır”, – o bildirib.

Bu arada ABŞ-ın dövlət katibi Mike Pompeo Yaxın Şərqə səfəri çərçivəsində İsrailə gedib. Məqsəd regiondakı müttəfiqləri Trump-ın tələbləri barədə bilgiləndirməkdir.

Qüsurları düzəldə bilməsək, Trump sazişdən çıxacaq”, – Pompeo aprelin 29-da Təl Əvivdə İsrailin baş naziri Benjamin Netanyahu ilə görüşdən sonra jurnalistlərə deyib.

Nüvə sazişini imzalamış digər ölkələr – Fransa, Britaniya, Almaniya, Rusiya və Çin Vaşinqtonu sazişdən çıxmamağa çağırıblar. Ancaq elə Qərb müttəfiqləri də sənədin şərtlərindən narahatlıq dilə gətiriblər.

***Buna da bax: Şimali Koreya nüvə silahından imtina edə bilər: Amma bir şərtlə

Britaniyanın baş naziri Theresa May-in idarəsinin yaydığı bəyanatda bildirilir ki, May, Macron və Almaniyanın kansleri Angela Merkel nüvə sazişinin İranın nüvə proqramını məhdudlaşdırmağın ən yaxşı yolu olması fikrini bölüşürlər. Ancaq sazişin ballistik raketlər kimi digər məsələləri də əhatələməsindən ötrü genişləndirilməsinin mümkün olduğu da vurğulanıb.

XS
SM
MD
LG