Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 07:14

Mike Pompeo: 'İran dünyada terrorçuluğun ən böyük sponsorudur'


Səudiyyə Ərəbistanı - Mike Pompeo və Adel al-Jubeir, Ər-Riyad 29 aprel, 2018.
Səudiyyə Ərəbistanı - Mike Pompeo və Adel al-Jubeir, Ər-Riyad 29 aprel, 2018.

"İran dünyada terrorçuluğun ən böyük sponsorudur".

Bunu Səudiyyə Ərəbistanında səfərdə olan ABŞ dövlət katibi Mike Pompeo deyib.

Ər-Riyadda səudiyyəli həmkarı Adel al-Jubeir ilə görüşən Pompeo deyib ki, İranın nüvə silahı əldə etməsinə imkan vermək olmaz.

Adel al-Jubeir ABŞ-ın İranla bağlı siyasətini dəstəklədiyini bildirib.

Onun fikrincə, ABŞ prezidenti Donald Trump İranla nüvə sazişinə yenidən baxılması tələbində haqlıdır.

Həmin sazişə 2015-ci ildə İran, ABŞ, Böyük Britaniya, Farnsa, Almaniya, Rusiya və Çin imza atıblar.

Sazişə görə, İran nüvə zənginləşdirilməsindən imtina edir, əvəzində ona qarşı sanksiyalar qaldırılır.

Buna da bax: Zarif: Yaxın Şərqdə nə İran, nə də Səudiyyə ağalıq edə bilər

Amma Trump hesab edir ki, bu saziş İranın nüvə silahı əldə etməsi qarşısında maneə deyil.

Pompeo bildirir ki, İran terrorçuluğu dəstəkləmək siyasətini davam etdirir və Yəməndəki huti yaraqlılarını silah və pulla təmin edir.

"Bu, BMT Təhlükəsizlik Şurasının qətnaməsinin pozulmasıdır.

Hutilər Səudiyyə Ərəbistanına mütəmadi olaraq raket atmaqda davam edirlər.

Onlar bununla Qırmızı dənizdə gəmilərin hərəkətinə və ümumilikdə Səudiyyə xalqına təhlükə yaradırlar" - deyə Pompeo əlavə edib.

ABŞ dövlət katibi bildirib ki, onun ölkəsi Səudiyyə Ərəbistanına terrorçuluqla mübarizədə dəstək verməkdə davam edəcək.

"Yəməndəki konfliktin silah gücünə həlli yoxdur. Məsələ sülh danışıqları vasitəsilə çözülməlidir" - deyə Pompeo bildirib.

İran onun terrorçuluğa dəstək verməsi haqda ittihamları rədd edir.

XS
SM
MD
LG