Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

Üsyançılar Homsdakı anklavı təslim etməyə razılaşırlar


Homs sakini, arxiv fotosu
Homs sakini, arxiv fotosu

Suriyalı üsyançılar bildirirlər ki, Homs şəhəri yaxınlığındakı ərazidən çıxmaqla bağlı Rusiyanın vasitəçilik etdiyi sövdələşməyə razılaşıblar. Bu, üsyançıların ölkənin üçüncü böyük şəhəri olan Homs yaxınlığında nəzarət etdikləri son məkanlardandır.

Mayın 2-də açıqlanmış razılaşma ərazidə dövlət idarəçiliyinin qurulmasını, üsyançıların ağır silahları təhvil verməsini nəzərdə tutur. Bunu Suriya rəsmiləri və Hizballah yaraqlıları bildirib.

Suriyada yeddi ildir davam edən vətəndaş müharibəsində üsyançılar bir neçə məğlubiyyətə düçar olub. İlin əvvəlində hökumət Dəməşq yaxınlığına və paytaxtın içində İslam Dövləti (İŞİD) ekstremist qruplaşmasının əlində olan iki məntəqəyə nəzarəti ələ alıb.

***Buna da bax: İranlı deputat İsrailin Suriyadakı “təcavüzü”nə cavab veriləcəyini deyir

YA HÖKUMƏTƏ BOYUN ƏYMƏK, YA DA KÖÇMƏK

Əvvəlkilər kimi, bu razılaşma da Homs ərazisindəki üsyançılara və dinc sakinlərə təklif edir ki, ya Suriya hökumətini qəbul etsinlər, ya da İdlib vilayətində üsyançıların əlində olan əraziyə keçsinlər. Bu ərazi Suriyanın şimalında, Türkiyə sərhədi yaxınlığındadır.

Hökumətə boyun əymək istəməyən üsyançıların köçürülməsinə mayın 5-də başlanacaq. Bunu Suriya dövlət agentlikləri bildirib.

İndiyədək on minlərlə adam prezident Bashar al-Assad-ın hakimiyyəti altında yaşamaqdan imtina edərək Suriyanın şimalına köçüb.

Homsdakı anklav Suriyada mühasirədə saxlanan ən çox əhalisi olan əraziydi, son günlər burada intensiv döyüşlər gedir, bombalanırdı. Burada Houla, Rastan, Talbiseh yaşayış məntəqələri, kəndlər, Homsla Hama şəhərlərini birləşdirən magistral yerləşir.

***Buna da bax: Kəndləri Suriya hökumət qüvvələrindən geri aldıqlarını bildirirlər

Rəsmilər deyir ki, razılaşma beynəlxalq yolun üç gün ərzində açılmasını nəzərdə tutur.

Hökumət paytaxtın cənubundakı ikinci anklavdakı üsyançıların da təslim sazişinə razılaşdığını, ancaq hələ köçürüləcəklərini bildirir.

Ötən ay Suriya ordusu Rusiya və İran qüvvələrinin dəstəyi ilə paytaxt Dəməşq ətrafını yaraqlılardan təmizləyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG