Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:59

İranlı deputat İsrailin Suriyadakı “təcavüzü”nə cavab veriləcəyini deyir


Iranda Ordu Günü, 18 aprel, 2018-ci il
Iranda Ordu Günü, 18 aprel, 2018-ci il

İranın aparıcı deputatı xəbərdarlıq edib ki, ölkəsi İsrailin Suriyadakı “təcavüz”ünə cavab verəcək. Bu həftə Suriyada hərbi bazaya raket zərbələrindən çoxu iranlı döyüşçülər olmaqla 26 nəfər öldürülüb.

İrana hər hansı təcavüzə düzgün vaxtda və yerdə cavab verəcəyik”, – parlamentin milli təhlükəsizlik komitəsinin sədri Alaeddin Boroujerdi Dəməşqə ikigünlük səfəri zamanı prezident Bashar al-Assad-la görüşdən sonra deyib.

“VURUB QAÇDIQLARI” DÖNƏM BİTİB

Biz Suriya hökumətinin xahişilə Suriyadayıq”, – o, sözlərinə əlavə edib.

Aprelin 30-da isə İranın ali dini lideri Ayətulla Ali Khamenei bildirib ki, İranın düşmənlərinin “vurub qaçdığı” dönəm artıq bitib.

Benjamin Netanyahu
Benjamin Netanyahu

29 aprel raket zərbələrinə görə heç bir ölkə məsuliyyəti götürməyib. Son illər Suriyaya bir neçə zərbəni İsrailin endirməsinə şübhələr var. İsrail spesifik missiyaları şərh etməsə də, özünün dediyi kimi, İran Suriyada Hizballah qruplaşmasına silah ötürərkən bir neçə dəfə zərbə endirdiyini təsdiqləyib.

Bu ayın əvvəlində Tehranla Hizballah İsraili raket zərbəsində suçlayıblar, Tehran həmin zərbədən Suriyada yeddi hərbçisinin həlak olduğunu bildirib.

İsrail indiyədək İranın Suriyada hərbi iştirakını gücləndirməsiylə bağlı dəfələrlə xəbərdarlıq edib. Artıq Dəməşq sünni üsyançılarla yeddi ildir davam edən vətəndaş müharibəsində mövqeyini gücləndirir.

Suriyada hərbi müşavirlərimizin mövcudluğunun İsraillə heç bir əlaqəsi yoxdur”, – deyən deputat Boroujerdi isə vurğulayıb ki, hərbçiləri Dəməşq və Rusiyayla koordinasiya halında ölkədəki yaraqlılara qarşı savaşır.

“QAYDALARI İRAN DƏYİŞİR”

Bu arada İsrailin baş naziri Benjamin Netanyahu CNN-ə deyib ki, İsrail İranla müharibə istəmir. Ancaq elə bu həftə Netanyahu Tehranın nüvə silahı proqramıyla bağlı olduğunu iddia edən sənədləri yayıb. İran belə bir proqramı olmadığını deyir.

İsrail rəsmilərinin etirafına görə, bu sənədlərin açıqlanması elə bir vaxta salınıb ki, ABŞ prezidenti Donald Trump-ın nüvə sazişindən çıxmaqla bağlı mümkün qərarı dəstəklənsin. Mayın 12-dək Trump İranın 2015-ci ildə imzaladığı nüvə sazişində qalıb-qalmamaqla bağlı qərarını açıqlamalıdır.

Netanyahu deyib ki, İsrail “dəhşətli” nüvə sazişini məğlub etmək istəyərdi, ancaq Tehranla müharibə istəmir.

“Hadisələrin bu cür inkişafını heç kəs istəmir. Regionda qaydaları dəyişməyə çalışan İrandır”, – Netanyahu CNN-ə söyləyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG