Keçid linkləri

Təcili xəbərlər
2020, 03 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:59

Kəndləri Suriya hökumət qüvvələrindən geri aldıqlarını bildirirlər


Suriya, Hələb və Hama şəhərlərinin xəritəsi

ABŞ-ın dəstəklədiyi kürd qüvvələri bildirirlər ki, bir neçə kəndi Suriya ordusundan geri alıblar. Ordu Fərat çayından şərqdə, İraqla sərhəd yaxınlığında yerləşən həmin kəndləri cəmi bir neçə saat saxlaya bilib.

Kürdlərin YPG qruplaşmasının rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri (SDF) aprelin 29-da bildirib ki, Rusiya qüvvələrinin dəstəklədiyi Suriya əsgərlərinə qarşı uğurla əkshücum gerçəkləşdirə biliblər.

Məlumata görə, Suriya qüvvələri həmin dörd kənddən “xeyli uzaqlaşdırılıb”.

Britaniyada mənzillənən Suriya İnsan Haqlarını Müşahidə Təşkilatının bildirməsinə görə, Deir Zor vilayətindəki toqquşmalarda doqquz hökumət əsgəri, SDF-in altı döyüşçüsü öldürülüb və kürd alyansı azı üç kəndi yenidən ələ keçirib.

SDF ABŞ koalisiya qüvvələrinin əməliyyata qatılmadığını bildirib. Bu ərazinin yerləşdiyi şərqi Suriyada ölkənin neft-qaz ehtiyatlarının xeyli hissəsi cəmləşib.

XS
SM
MD
LG