Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:51

Senatorlar xüsusi prokuroru qorumaq üçün hərəkətə keçirlər


Robert Mueller (solda) və Donald Trump
Robert Mueller (solda) və Donald Trump

ABŞ Senatının komitəsi xüsusi prokuror Robert Mueller-in işdən çıxarılmasını əngəlləyəcək qanunvericiliyi təsdiqləyib. Bu arada prezident Donald Trump xüsusi prokurorun təhqiqatına müdaxilə edə biləcəyinə eyham vurub. Mueller Trump-ın seçki kampaniyası ilə Rusiya arasında mümkün əlbirlik iddialarını araşdırır.

Onlar Birləşmiş Ştatlar prezidentinə qarşı əcinnə ovuna çıxıblar. Ədliyyə Departamentinin işindən çox məyusam”, – Trump aprelin 26-da Fox News-un səhər proqramına telefonla müsahibəsində deyib.

Trump deyib ki, Ədliyyə Departamentinin işinə müdaxilə etməmək mövqeyini tutub, ancaq bu mövqeyi dəyişə də bilər.

***Buna da bax: Trump deyir, Rusiyaya yeni sanksiyalar “tezliklə” qoyulacaq

Bunun başa çatmasını gözləyəcəyəm. Bu, tamamilə yalanlardan ibarətdir və çox dəhşətli şey baş verir”, – Trump söyləyib.

Bir məqamda fikrimi dəyişə bilərəm, çünki baş verənlər biabırçılıqdır”, – o, sözlərinə əlavə edib.

HÜQUQUN ALİLİYİNƏ ZƏRBƏ

Ağ ev bir neçə dəfə bildirib ki, Trump-ın Mueller-i işdən çıxarmağa hüququ və səlahiyyəti çatır.

Respublikaçı və Demokratlar partiyalarından konqresmenlər Trump-a xəbərdarlıq ediblər ki, Mueller-in işdən çıxarılması konstitusiya böhranı yaradar.

Aprelin 26-da Senatın Ədliyyə Komitəsi Mueller-i səbəbsiz vəzifədən kənarlaşdırılmaqdan qoruyacaq qanunu 14-7 səs çoxluğuyla qəbul edib.

Komitənin aparıcı demokrat üzvü, senator Patrick Leahy tvitində yazıb ki, Trump-ın “bu səhər bəlağətli sözləri hüququn aliliyinə zərbə vurur”. Onun sözlərinə görə, Trump “[Richard] Nixon-dan bəri Ədliyyə Departamentinin işinə istənilən prezidentdən artıq müdaxilə edib”.

***Buna da bax: Comey deyir, Trump vəzifəyə “əxlaqi baxımdan uyğun deyil”

Senat çoxluğunun lideri Mitch McConnell-un bu qanunvericiliyi Senatın tam müzakirəsinə çıxarılmasına icazə verib-verməyəcəyi bəlli deyil. McConnell-in fikrincə, Mueller-ə qoruma lazım deyil, çünki o, Trump-ın xüsusi prokuroru işdən çıxaracağına inanmır.

Baş prokuror Jeff Sessions da aprelin 26-da Trump-ın giley-güzəranı dəstəkləyib. Vaxtilə prezident onu özünü Rusiya istintaqından kənara çəkdiyinə görə tənqid edirdi.

Prezident narahatdır. O, hər gün Fransa, Şimali Koreya, Suriya, vergilər, sərhədin nizamlanması, cinayətkarlığın yoluna qoyulması ilə məşğuldur. Mən də bu işin bitməsini arzulayıram. Onun məyusluğunu, Amerika xalqının məyusluğunu anlayıram”, – Sessions deyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG