Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:30

Trump deyir, Rusiyaya yeni sanksiyalar “tezliklə” qoyulacaq


Donald Trump Shinzo Abe ilə işçi naharda
Donald Trump Shinzo Abe ilə işçi naharda

ABŞ prezidenti Donald Trump Rusiyaya qarşı heç kəsin ondan daha sərt davranmadığını bir daha dilə gətirib. O deyib ki, “tezliklə” Moskvaya yeni sanksiyalar tətbiq edəcək, “çünki ona çox layiqdirlər”.

Trump bunu aprelin 18-də Yaponiyanın baş naziri Shinzo Abe ilə Floridadakı iqamətgahında birgə mətbuat konfransı zamanı deyib.

“HEÇ KƏS TRUMP-DAN SƏRT OLMAYIB”

Prezident mətbuat konfransını bitirəndən sonra jurnalistlərin sanksiyalarla bağlı qışqırdığı sualları cavablandırmaqdan ötrü yenidən podiuma qayıdıb.

Onlar buna çox layiq olduqlarından sanksiyalar tezliklə gələcək”, – o deyib.

Rusiyaya qarşı heç kim Donald Trump-dan daha sərt olmayıb”, – deyən Trump NATO-nun xərcləmələrinin artmasını, Suriyaya ABŞ, Britaniya və Fransa qüvvələrinin endiridyi hərbi zərbələri misal çəkib.

***Buna da bax: Trump-ın BMT səfiri ‘çaşmadığını’ deyir

Rusiyaya yeni sanksiyalarla bağlı bu günlər ABŞ-dan fərqli açıqlamalar gəlməkdədir. Birləşmiş Ştatların BMT-dəki səfiri Nikki Haley demişdi ki, Moskvanın Suriya prezidenti Bashar al-Assad-a dəstəyinə görə yeni sanksiyalar aprelin 16-da elan olunacaq. Ancaq bu baş vermədi və Ağ ev də həmin bəyanatı geri götürməyə çalışdı. Trump-ın iqtisadi məsələlər üzrə müşaviri Larry Kudlow Haley-nin çaşa biləcəyi ehtimalını dilə gətirincə, səfir ona sərt reaksiya verərək “çaşmadığını” demişdi.

“İSTİNTAQIN BİTMƏSİNİ İSTƏYİRİK”

Trump mətbuat konfransında xüsusi prokuror Robert Mueller-i və baş prokurorun müavini Rod Rosenstein-i işdən çıxarmaq planlarıyla bağlı bir söz deməyib.

Sizin adlarını çəkdiyiniz iki centlmen son üç ayda elə hey deyirlər ki, onlardan canımı qurtarmaq istəyirəm. Dörd aydır. Beş aydır. Ancaq hələ də iş başındadırlar. İstintaqın bitməsini, geridə qalmasını istəyirik”, – prezident söyləyib.

Mueller Trump-ın 2016-cı ildə prezident seçkisi kampaniyası ilə Rusiya rəsmiləri arasında mümkün əlbirliyi və istintaqın gedişini əngəlləmək cəhdlərini araşdırır. Mueller-in ofisi Rosenstein-in nəzarətindədir.

***Buna da bax: Rusiya Duması ABŞ-a qarşı sanksiyalara mayın 15-də baxacaq

ABŞ prezidenti ümidvar olduğunu bildirib ki, Şimali Koreya lideri Kim Jong Un-la planlaşdırılan görüşü uğurlu olacaq. Görüşün hədəfi Koreya yarımadasının nüvəsizləşdirilməsinin müzakirəsidir.

Uğurlu olacağını düşünməsəydik, buna getməzdik. Orada olacağım görüş faydalı olmasa, onu sayqıyla tərk edəcəyəm”, – Trump deyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG