Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:47

Trump-ın BMT səfiri ‘çaşmadığını’ deyir


ABŞ-ın BMT-dəki səfiri Nikki Haley
ABŞ-ın BMT-dəki səfiri Nikki Haley

ABŞ-ın BMT-dəki səfiri prezident Donald Trump-ın iqtisadiyyat üzrə baş müşavirinin onun Rusiyaya qarşı sanksiyalara dair çaşqınlıq keçirdiyi barədə iddiasını təkzib edib.

Səfir Nikki Haley bu barədə aprelin 17-də televiziya verilişində danışıb. Bundan iki gün əvvəl xanım Haley demişdi ki, Moskvanın Suriya prezidenti Bashar al-Assad-a dəstəyi ilə bağlı Moskva üzərinə yeni sanksiyalar aprelin 16-da elan ediləcək.

Lakin Nikki Haley-in xəbərini vediyi cəzalandırıcı tədbirlər elan edilməyib. Bunun ardınca Ağ Ev Haley-in bəyanatını geri götürməyə cəhd göstərib.

Ağ Evin sözçüsü Sarah Sanders deyib ki, “administrasiya Rusiya üzərinə əlavə sanksiyalar məsələsinə baxır və qərar yaxın gələcəkdə elan olunacaq”.

The Washington Post və Reuters naməlum mənbələrə istinadən yazıblar ki, Trump sanksiyaları ləngitmək barədə qərarını Haley-in bəyanatı verdiyi gün qəbul edib.

Aprelin 17-də müxbirlərlə söhbətində Trump-ın baş iqtisadiyyat müşaviri Larry Kudlow deyib ki, Haley “hadisələri bir qədər qabaqlayıb” və burada “bəlkə də ani çaşqınlıq” baş verib.

Lakin Haley bu bəyanatı rədd edib və Fox News kanalına deyib ki, “Kudlow-a olan bütün ehtiramına baxmayaraq, heç bir çaşqınlıq-filan keçirməyib”.

Trump Rusiya ilə yaxşı münasibətləri çoxdan bəridir müdafiə etsə də, eyni zamanda Moskvaya qarşı sərt mövqe tutduğunu bəyan edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG