Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:56

Rusiya Duması ABŞ-a qarşı sanksiyalara mayın 15-də baxacaq


Rusiya Dövlət Duması spikerinin müavini Aleksandr Jukov
Rusiya Dövlət Duması spikerinin müavini Aleksandr Jukov

Rusiya parlamentinin aşağı palatası – Dövlət Duması Birləşmiş Ştatlara qarşı cavab sanksiyalarını müzakirə edəcək dinləməni mayın 15-də keçirəcəyini bildirib. Bu, Dumada bu məsələyə dair üç dinləmədən birincisi olacaq.

Rusiyanın vəzifəli millət vəkilləri aprelin 16-da Vaşinqtona qarşı mümkün cavab tədbirlərini müzakirə ediblər.

Birləşmiş Ştatlar bundan 10 gün əvvəl prezident Vladimir Putinin yaxın çevrəsinə daxil maqnatların, təhlükəsizlik rəsmilərinin, siyasətçilərin və şirkətlərin aktivlərinin dondurulması və onlara maliyyə məhdudiyyətlərinin tətbiq olunmasına dair qərar qəbul edib.

ABŞ Maliyyə Nazirliyi bildirmişdi ki, bu sanksiyalar Rusiyanın “planet boyunca ziyanlı fəaliyyətinə qarşı” irəli sürülüb. “Ziyanlı fəaliyyətə” keçmiş Rusiya casusunun İngiltərədə zəhərlənməsi və Moskvanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsinə dair iddialar daxildir.

“Birləşmiş Ştatların və başqa xarici dövlətlərin Rusiyaya münasibətdə dost olmayan hərəkətlərinə qarşı” Rusiya qanununun layihəsi parlamentə aprelıin 13-də təqdim olunub. Bu qanun qüvvəyə minərsə, Putin hökumətinə Amerika mal və xidmətlərinin idxalına qadağan və məhdudiyyətlər qoymaq səlahiyyəti verəcək.

Qadağan olunması və ya məhdudlaşdırılması nəzərdə tutulan malların arasında dərmanlar, alkoqol, tütün məmulatı, kənd təsərrüfatı və sənaye malları, habelə texnoloji avadanlıq və kompüter proqramları var. Lakin qeyd olunur ki, Rusiya vətəndaşları öz şəxsi istifadələri üçün bu mallardan əksəriyyətini ölkəyə gətirə biləcəklər. Bundan başqa ölkəyə girişi qadağan edilmiş şəxslərin siyahısına ayrı-ayrı Amerika vətəndaşlarının adları da daxil edilə bilər.

Rusiyada ABŞ şirkətlərinin audit, hüquqi və konsaltinq xidmətləri də məhdudlaşdırıla bilər.

Duma spikerinin müavini Aleksandr Jukov aprelin 16-da deyib ki, millət vəkilləri və ekspertlərdən ibarət qrup sözü gedən qanun layihəsini mayın 3-də ilkin müzakirə edəcək.

Rusiya ABŞ-ın Moskvaya qarşı yeni sanksiyalarını kəskin tənqid edib.

Putinin sözçüsü Dmitri Peskov aprelin 16-da deyib ki, bu sanksiyalar “aktivlərin beynəlxalq qəsb olunmasından başqa bir şey deyil”.

Peskov əlavə edib ki, bu sanksiyalar ABŞ şirkətlərinə Rusiya şirkətləri ilə rəqabətdə əsdalətsiz üstünlük vermək məqsədi daşıyır. ABŞ rəsmiləri bu iddianı rədd edirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG