Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Aprel, çərşənbə, Bakı vaxtı 04:35

Comey deyir, Trump vəzifəyə “əxlaqi baxımdan uyğun deyil”


James Comey

ABŞ prezidenti Donald Trump prezidentliyə “əxlaqi baxımdan uyğun deyil”. Bunu Federal Təhqiqat Bürosunun (FTB) keçmiş direktoru James Comey deyir.

Comey aprelin 15-də ABC televiziyasına geniş müsahibə verib. Aprelin 17-də isə FTB-nin keçmiş direktorunun memuarı çapdan çıxır. “Ali Sadiqlik: Həqiqət, Yalanlar və Liderlik” adlı kitabda o, prezidentlə münasibətlərindən söz açır.

“QADINLAR BARƏDƏ BİR ƏT PARÇASI KİMİ DANIŞIR”

Məncə, o, prezidentliyə uyğun deyil”, – ötən ilin mayında Trump-ın işdən çıxardığı Comey ilk televiziya müsahibəsində deyib.

Keçmiş prokuror olan Comey Trump-ı “qadınlar barədə sanki bir ət parçası kimi danışdığına, onlarla bu cür rəftar etdiyinə” görə tənqid edib. Onun sözlərinə görə, Trump “daim böyük və kiçik məsələlər haqda yalan danışır və Amerika xalqının da buna inandığını israrla bildirir”.

***Buna da bax: FTB-nin keçmiş rəhbəri Trump-ı “mafiya rəhbəri”ylə müqayisə edir

Bir gün öncə Trump Comey-i “əclaf” adlandırıb, onun həbs edilməli olduğunu deyib.

Comey kitabında yazır ki, Trump ona vicdansız, öz eqosunun təsiri altında olan mafiya bossunu xatırladır. Onun sözlərinə görə, prezident ondan şəxsən sədaqət andı tələb edib. Ancaq Trump bu iddianı rədd edir.

“Comey-dən heç vaxt Şəxsi Sədaqət istəməmişəm. Heç bu adamı tanımırdım. Bu onun çoxsaylı yalanlarından biridir. Onun ‘memo’ları özünə xidmət edir və SAXTADIR!” - Trump aprelin 15-də, bu müsahibə yayımlanmamışdan öncə bir neçə tvitində bu haqda yazıb.

FTB-nin keçmiş lideri müsahibəsində deyir ki, Trump-ın impiçmentinə tərəfdar deyil, çünki bu, “Amerika xalqının ‘qarmaqdan çıxması’ demək olar”. O, əvəzində, amerikalıların “vəzifə borcu” olaraq “səsverməyə məntəqəsinə gedərək dəyərlərinə səs verməli” olduğunu deyir.

James Comey Trump-ın təhlükəli lider olduğunu, institusional və mədəni normalara “böyük ziyan” vurduğunu söyləyib.

TRUMP İDDİALARI RƏDD EDİR

Comey bir məsələylə bağlı narahatlığını dilə gətirib ki, prezident Rusiyanın şantajına məruz qala bilər, belə ki, 2013-cü ildə fahişələrin Moskvada bir otel otağında bir-birinin üstünə sidik ifraz etdiyi zaman Trump-ın da orada olduğu iddia edilir.

***Buna da bax: Mueller: Trump Rusiya istintaqının “hədəfi” deyil

FTB Trump-ın 2016-cı il prezident kampaniyası ilə Rusiyanın ABŞ-da seçkiyə müdaxiləsi iddiaları araşdırdığı bir vaxtda Comey işdən çıxarılıb.

Rusiya hər hansı müdaxilə iddiasını rədd edir, Trump da Moskvayla işbirliyə gedilmədiyini bildirir.

Comey-in deməsinə görə, Trump ona Moskvada oteldə qalmadığını, fahişələrlə bağlı iddiaların isə yalan olduğunu söyləyib.

Comey hazırda xüsusi prokuror Robert Mueller-in apardığı təhqiqatda əsas şahiddir. Mueller Trump-ın Rusiya istintaqını əngəlləməyə çalışması iddialarını da araşdırır.

FTB-nin keçmiş direktoru ABC News-a deyib ki, “prosesin əngəllənməsinə dair mütləq bir dəlil olmasına” inanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG