Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

FTB-nin keçmiş rəhbəri Trump-ı “mafiya rəhbəri”ylə müqayisə edir


James Comey
James Comey

Federal Təhqiqat Bürosunun (FTB) keçmiş direktoru James Comey yeni kitabında ABŞ prezidenti Donald Trump-ı “mənəviyyatsız” və yalançı olmaqda suçlayır, onu tabeliyində olanlardan tam sadiqlik tələb edən mafiya bosuyla müqayisə edir.

Aprelin 12-də kitabın bəzi hissələri mediaya sızdırılıb. Kitabda iddia olunur ki, Trump bir videonun düşkünüdür. İddiaya görə, həmin videoda Trump-ın tutduğu rusiyalı fahişələrin Moskvada bir otel otağında çarpayının üstünə sidik ifraz etdiyi görünür.

“BOSS HƏR ŞEYƏ NƏZARƏT EDİR”

Trump-ın təxminən bir il öncə işdən çıxardığı Comey-in kitabı aprelin 17-də buraxılacaq. “The Washington Post”un yazdığına görə, kitabda deyilir ki, ABŞ prezidenti “alternativ reallıq baraması”nda yaşayır və ətrafındakıları da ona sürükləməyə çalışır.

***Buna da bax: Trump ölkəsinə “hücum”dan danışır

Comey yazır ki, Trump-la görüşləri ona “karyerasının ilk vaxtlarında mafiyaya qarşı təhqiqat apardığı dönəmləri xatırladıb”.

Təslim olanların sükut halqası. Boss hər şeyə tam nəzarət edir. Sadiqlik andları. Dünyaya ‘biz onlara qarşı’ baxışı. Təşkilatı mənəviyyatdan və həqiqətdən yuxarı tutan sadiqlik xidməti göstərmək üçün hər şey barədə yalan danışmaq…” kitabda deyilir.

Comey-in fikrincə, Trump-ın doğruyla yanlışı ayırd edəcək təbii hissiyyatı yoxdur. Bunu “New York Times” kitaba istinadla yazır.

Bu prezident əxlaqsızdır, həqiqət və institusional dəyərlər vecinə deyil. Onun liderliyi bir sövdələşmədir, eqoya, şəxsi sadiqliyə əsaslanır”, – kitabda deyilir.

“YALANÇI COMEY” VEBSAYTI YARADILIB

“Ali Sadiqlik: Həqiqət, Yalanlar və Liderlik” adlı kitab artıq Ağ evi narahat etməyə başlayıb, onun Trump-ın prezidentliyinə və nüfuzuna zərbə vura biləcəyindən əndişələnirlər.

“Frans Pres” agentliyi yazır ki, Ağ ev artıq Comey-in reputasiyasına şübhə toxumları səpməkdən ötrü addım atıb: Respublikaçı partiyası bu həftə “Yalançı Comey” adlı vebsayt yaradıb.

Trump Comey-i yalançı və şöhrətpərəst adlandırsa da, o, üç prezidentin dövründə hüquq-mühafizə orqanlarında rəhbər vəzifədə olub, Konqresdə, bütün ölkədə hörməti var.

Comey ötən il bildirmişdi ki, Trump ona təzyiq göstərib, keçmiş milli təhlükəsizlik müşaviri Mike Flynn-lə bağlı təhqiqatı dayandırmasını istəyib.

***Buna da bax: Trump administrasiyasından gedənlər

Buna nail olmayan prezident mayın 9-da Comey-i işdən çıxarıb, o zaman Trump-ın seçki kampaniyası ilə Rusiyanın mümkün əlaqələri üzrə aparılan təhqiqatdan şikayətlənib.

Ondan bir həftə sonra Ədliyyə Departamenti Robert Mueller-i xüsusi prokuror təyin etdi. O, indiyədək Trump-ın yaxın ətrafında olanlara qarşı 19 ittihamnamə irəli sürüb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG