Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Noyabr, bazar, Bakı vaxtı 05:27

Trump ölkəsinə “hücum”dan danışır


Donald Trump

Aprelin 9-da Federal Təhqiqat Bürosunun (FTB) agentləri ABŞ prezidenti Donald Trump-ın şəxsi vəkili Michael Cohen-in ofisində reyd keçirib, müxtəlif mövzuları əhatələyən sənədləri müsadirə edib. Bu, prezidenti qəzəbləndirib.

Ağ evdə jurnalistlərə danışan Trump FTB-ni vəkilinin ofisinə “basqın”da suçlayıb. O, xüsusi prokuror Robert Mueller-in Rusiyayla onun prezident seçkisi kampaniyası arasındakı əlaqələrlə bağlı təhqiqatını da sərt tənqid edib.

Biabırçı durumdur. Əməlli-başlı əcinnə ovudur, bunu lap çoxdan deyirəm”, – Trump söyləyib.

Bu, sözün həqiqi mənasında ölkəmizə hücumdur. Hamımızın məruz qaldığı hücumdur”, – prezident vurğulayıb.

Trump-ın sözləri onun Mueller-i işdən çıxarmağa çalışmasıyla bağlı spekulyasiyanı yenidən gündəmə gətirib. Trump ötən il FTB direktoru James Comey-i işdən çıxardıqdan sonra Mueller onun apardığı Rusiya təhqiqatını davam etdirməkdən ötrü xüsusi prokuror təyin olunub.

Nümayəndələr Palatasının kəşfiyyat komitəsinin aparıcı demokrat üzvü Adam Schiff deyib ki, FTB vəkilin ofisini hakimin çıxardığı order əsasında axtarıb.

Bu, əcinnə ovu deyil. Bu, hüququn aliliyidir”, – o, Twitter-də yazıb.

XS
SM
MD
LG