Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:06

Koreyanı “tamamilə nüvəsizləşdirmə”yə razılaşırlar


Koreya televiziyasından görüntü, iki lider görüşür
Koreya televiziyasından görüntü, iki lider görüşür

İki Koreyanın lideri yarımadanın nüvəsizləşdirilməsinə razılaşdıqlarını bildiriblər.

Cənubi və Şimali Koreya nüvəsiz Koreya yarımadasıyla bağlı vahid niyyətlərini təsdiqləyiblər”, – birgə bəyanatda deyilir.

Ancaq bəyanatda Şimali Koreyanın nüvəsizləşdirməyə doğru konkret hansı addımlar atmalı olduğu açıqlanmır.

Onlar Birləşmiş Ştatlarla danışıqlara doğru birgə işləyəcəklərini, Koreya müharibəsinə rəsmən son qoymaqdan ötrü Çini də cəlb edəcəklərini deyrlər.

Münaqişə 1953-cü ildə atəşkəslə dayandırılsa da, iki Koreya texniki baxımdan müharibə şəraitində sayılır.

Bu gün burada dayanmışam və görürəm ki, Cənubi və Şimali Koreyalar eyni millətdir, eyni qanı daşıyırlar, onları ayırmaq olmaz”, – Kim sammitdə çıxışında deyib.

***

Cənubi Koreya prezidenti Moon Jae In Şimali Koreya lideri Kim Jong Un-la nüvəsizləşdirmə barədə “ciddi və səmimi” danışıqlar aparıblar. Bunu Cənubi Koreya prezident idarəsinin sözçüsü aprelin 27-də deyib.

İki lider sammitdə Koreya yarımadasının nüvəsizləşdirilməsi, daimi sülhün bərqərar olması, Cənubi-Şimali Koreya münasibətlərinin inkişafıyla bağlı ciddi və səmimi müzakirələr aparıblar”, – Yoon Young Chan Cənubi Koreyanın Yonhap xəbər agentliyinə deyib.

Onun sözlərinə görə, tərəflər sammitin sonunda ictimaiyyətə açıqlanacaq birgə yekun bəyanat üzərində işləyirlər.

***

Aprelin 27-də Şimali Koreya lideri Kim Jong Un Cənubi Koreya ərazisinə ayaq basıb. Bu, 1953-cü il Koreya müharibəsindən bəri ilk dəfə baş verir.

Kim demarkasiya xəttini yerli vaxtla səhər 9:30 keçib. Onu Cənubi Koreya prezidenti Moon Jae-in qarşılayıb. Onlar daha sonra Koreya yarımadasının nüvəsizləşdirilməsi, sülh münasibətlərinin qurulmasını müzakirə etdikləri sammitə başlayıblar.

Demarkasiya xəttini keçən Kim-lə Moon əl sıxaraq göürüşüblər, qısa müddətə Şimali Koreyaya keçib, daha sonra Cənuba qayıdaraq görüşlərə başlayıblar.

İki liderin danışıqları sərhəddəki Panmunjom kəndinin cənubundan Sülh Evində keçirilir.

***Buna da bax: Cənubi Koreya sərhəddə təbliğat yayımını dayandırır

NATO LİDERİNİN XƏBƏRDARLIĞI

Cənubi Koreya bildirmişdi ki, sammitdə “Koreya yarımadasının nüvəsizləşdirilməsi, yarımadada daimi sülhün bərqərar olması və koreyalararası münasibətlərin irəlilədilməsi müzakirə olunacaq”.

Bu görüşdən öncə NATO-nun baş katibi Jens Stoltenberg beynəlxalq ictimaiyyətə xəbərdarlıq edib ki, Şimali Koreyanın hərəkətlərində “konkret dəyişiklik” görünməyənədək ona sanksiyalar saxlansın, Pxenyana təzyiq azaldılmasın.

Kim-in iyunun əvvəlində ABŞ prezidenti Donald Trump-la da görüşü gözlənir. İki Koreya arasında yüksək səviyyəli görüşlər isə daha öncə 2000 və 2007-ci illərdə baş tutub.

Ötən il Şimali Koreya bir sıra ballistik raketləri sınaqdan keçirib, nüvə sınağı aparıb. Kim-lə Trump bir-birinə qarşı hədələr, təhqirlər səsləndiriblər.

Ancaq bu ilin əvvəlində Kim gözlənilməz diplomatik gedişlər edib. Pxenyan Cənubi Koreyada Qış Olimpiya oyunlarına qatılıb.

***Buna da bax: Şimali Koreya lideri nüvə və raket sınaqlarını dayandırdığını deyir

Kim-in nümayəndə heyətinə bacısı Kim Yo Jong da daxildir. O, fevralda Pxençxan olimpiadasının açılış mərasiminə getmişdi.

İki lider şam ağacı əkəcək, daha sonra razılaşma imzalanacaq və elan olunacaq.

Kim və Moon banketə qatılacaq. Bundan sonra isə yolasalma mərasimi planlaşdırılır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG