Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

Şimali Koreya lideri nüvə və raket sınaqlarını dayandırdığını deyir


Kim Jong-un
Kim Jong-un

Cənubi Koreyanın Yonhap agentliyinin verdiyi xəbərə görə Şimali Koreya lideri Kim Jong Un ölkəsinin nüvə silahları və ballistik raket sınaqlarını dondurduğunu və nüvə sınağı poliqonunu bağladığını deyib.

Yonhap agentliyi bu xəbəri Şimali Koreyanın dövlət mediasına istinadən yazıb.

KCNA xəbər agentliyi bildirib: “Şimali Koreya nüvə sınağını dayandırdığını nümayiş etdimək məqsədilə ölkənin şimalındakı nüvə sınağı poliqonunu bağlayır”.

KCNA bunu da xəbər verir ki, Şimali Koreya nüvə sınaqlarının tamamilə dayandırılması üçün beynəlxalq səylərə qoşulur.

Dövlət xəbər agentliyinin məlumatına görə Kim Jong Un hakim partiyanın iclasında deyib ki, bundan sonra hər hansı nüvə, orta və uzaqmənnzilli və ya qitələrarası raketlərin sınağına ehtiyac yoxdur.

ABŞ prezidenti Donald Trump Pxenyanın bəyanatına Tvitterdə reaksiya verib: “Böyük irəliləyiş! Şimali Koreya və dünya üçün yaxşı xəbərdir”.

AzadlıqRadiosu yazır ki, Pxenyanın bu bəyanatı Kim-in Cənubi Koreya lideri Moon Jae-in ilə Demilitarizasiya Zonasında keçirilməsi planlaşdırılan sammitindən bir həftə əvvələ təsadüf edir. Bu, gələcəkdə Kim və Trump arasında keçirilə biləcək görüş üçün bir növ hazırlıq olacaq.

Şimali Koreya 2017-ci ildə bir neçə ballistik raketin sınağını keçirmiş və ABŞ ərazisini vurmağa qabil raket yaratdığını elan etmişdi.

Məhz bunlar ABŞ, Avropa İttifaqı və BMT-nin Pxenyan üzərinə boğucu sanksiyalar qoyması ilə nəticələnmişdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG