Cənubi Koreya şimal qonşusuyla sərhəddə səsgücləndiricilərdən təbliğat yayımını dayandırdığını bildirir. Bu, iki Koreya liderlərinin planlaşdırılan görüşündən öncəyə təsadüf edir.
Müdafiə Nazirliyinin aprelin 23-də bildirməsinə görə, addımın məqsədi “dinc danışıqlar mühiti yaradan Cənubi və Şimali Koreya arasında hərbi gərginliyi azaltmaqdır”.
Cənubi Koreya prezidenti Moon Jae In aprelin 27-də Şimali Koreya lideri Kim Jong Un-la görüşməlidir. Bu, son on ildə ilk koreyalararası sammit olacaq.
Kim isə aprelin 20-də elan edib ki, ballistik raket sınaqlarını dayandırır və ölkənin dünyaya bəlli yeganə nüvə sınağı obyektini qapadır.
Cənubi Koreya sərhəddə təbliğat yayımına 1963-cü ildə başladıb. Rəqib ölkələr ara-sıra münasibətləri bərpa edincə bu yayım dayandırılıb.
Pxenyan da sərhəddə oxşar yayım aparır.