Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 18:56

Tovuz sakini yaralanıb


Qarabağda erməni əsgəri

Azərbaycan ərazilərinin bir hissəsini işğal altında saxlayan Ermənistan silahlı bölmələrinin bu gün, aprelin 18-də Ağcabədi rayonunun Qiyaməddinli kəndini atəşə tutduqları bildirilir.

APA-nın Qarabağ bürosunun məlumatına görə, Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci il təvəllüdlü Rahim Hacıyev əkin sahəsində olarkən qarşı tərəfdən açılan atəş nəticəsində güllə yarası alıb.

Xəstəxanaya yerləşdirilən R.Hacıyevin vəziyyəti qənaətbəxşdir.

Xəbərdə bildirilir ki, Müdafiə Nazirliyindən faktı təsdiq ediblər. Nazirlikdən vurğulayıblar ki, son günlər Ermənistanda baş verən hadisələr fonunda qarşı tərəf qoşunların təmas xəttində təxribatların sayını artırıb.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üz-üzə dayanıb. Bu münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG