Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 05:15

Keçmiş məhbus, hüquq müdafiəçisi İntiqam Əliyev roman yazıb.

Hüquq müdafiəçisi «Meydan» adlandırdığı romanı İntiqam Əli imzası ilə təqdim edib.

Romanın annotasiyasında yazılır ki, əsərin əsas qəhrəmanı Sara adlı xanımdır. Hüquq fakültəsinin tələbəsi olan Saranin atası Ağır Cinayətlər Məhkəməsinin hakimidir. Onların dörd nəfərlik mehriban ailəsi düzənli həyat sürür. Romanda həssas mövzularda müxtəlif ictimai debatlara qatıldıqdan sonra Saranın baxışlarında köklü dəyişikliklərin baş verməsindən bəhs olunur.

Əsərdə insanların günahsız yerə şərlənib həbs edilməsi olaylarına geniş yer verilir.

İ.Əliyev Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidentidir. O, 2014-cü il avqustun 8-də həbs olunmuşdu. Sahibkarlıq, mənimsəmə, vergidən yayınma kimi ittihamlarla üzləşən hüquq müdafiəçisi 2015-ci ilin aprelində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay azadlıqdan məhrum edilmişdi. Bakı Apelyasiya Məhkəməsi və Ali Məhkəmə də bu hökmü qüvvədə saxlamışdı. O, ittihamları rədd edirdi və insan haqlarının müdafiəsi ilə bağlı gördüyü işlərə görə cəzalandırıldığını bildirirdi.

2016-cı ilin martında baş prokuror Zakir Qaralov əlavə kasasiya qaydasında protest vermiş və onun əsasında Ali Məhkəmənin Plenumu işə yenidən baxıb. Beləliklə, martın 28-də İ.Əliyevin 5 il sınaq müddəti olmaqla, şərti azadlığa buraxılmasına qərar verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG