Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:07

Birləşmiş Ştatlar vs. Çin: 'Ticarət müharibəsi belə olur'


Şanxayda ABŞ mallaı
Şanxayda ABŞ mallaı

Çindən Birləşmiş Ştatlara idxal olunan 100 milyard dollarlıq məhsula rüsum artırıla bilər. Bunu aprelin 5-də ABŞ prezidenti Donald Trump deyib. Onun sözlərinə görə, bu rüsum 50 milyard dollarlıq məhsula qoyulmuş 25 faizlik rüsuma əlavə oluna bilər.

Trump Çinin cavab addımına belə reaksiya verib. Belə ki, Pekin də ABŞ-dan 50 milyard dollarlıq məhsula rüsum tətbiq etməklə hədələyib. Rüsumların əsasən kənd təsərrüfatı məhsullarını, həm də prezident seçkisində sakinlərinin əksəriyyəti Donald Trump-a səs vermiş ştatları hədəfləyəcəyi gözlənir.

*** Buna da bax: Trump Çin geyimləri, ayaqqabılarına da tarif qoya bilər

Trump əlavə rüsumların səbəbini Çinin “ədalətsiz cavabı”yla izah edib. Ağ evin bildirməsinə görə, ilkin qərar faktlarım təhlili, həmçinin Çinin qərarının əsassızlığına söykənərək çıxarılıb.

RƏSMİLƏR BUNUN TƏHDİD OLDUĞUNU DEYİR

Ağ evin ilkin açıqlamasından sonra Amerika maliyyə bazarlarında səhmlər düşüb. Bundan sonra administrasiyanın bir neçə rəsmisi bildirib ki, rüsum təhdidi sadəcə, Çin bazarlarının Amerika məhsullarına açılmasına dair danışıqlarda, Amerika intellektual mülkiyyətinin etibarlı mühafizəsində bir arqumentdir. Onların sözlərinə görə, danışıqlar uğurla keçərsə, rüsumlar qoyulmaz.

Ekspertlərin fikrincə, Pekinin cavabı və prezidentin Trump-ın ona reaksiyası iki ölkə arasında ticarət müharibəsi ehtimalını artırır. Aprelin 5-də Nyu York səhm birjasında fyuçerslər kəskin ucuzlaşıb.

Çin Trump-ın dünənki açıqlamasını cavabsız qoymayıb. Bu gün – aprelin 6-da xəbərdarlıq edib ki, Birləşmiş Ştatlar proteksionizm cığırıyla yola davam edərsə, “nəyin bahasına olursa-olsun”, yeni ticari tədbirlərə əl atacaq. Bu haqda “Reuters” agentliyi yazır.

Çinin kommersiya nazirliyi bildirib ki, Çin ticarət müharibəsi istəmir, ancaq bundan qorxmur da. Qurum Birləşmiş Ştatları provokasiyada suçlayıb. Cümə günü Çində bayram olmasına baxmayaraq, nazirlik axşama media üçün brifinq elan edib.

TEXNOLOGİYA SEKTORU

Çərşənbə günü Çin ABŞ-ın 106 məhsuluna tarif qoyulacağını bildirdi. Bundan bir neçə saat öncə isə Trump administrasiyası Çinin 1300 – sənaye, texnologiya, nəqliyyat, tibbi məhsullarına rüsum tətbiq ediləcəyini açıqladı.

Donald Trump Çinin bəzi mallarına rüsum qoyulmasıyla bağlı memorandumu imzalayır
Donald Trump Çinin bəzi mallarına rüsum qoyulmasıyla bağlı memorandumu imzalayır

“Reuters” yazır ki, indiyədək ABŞ-ın informasiya texnologiyası – mobil telefonları, personal kompüterləri, telekommunikasiya avadanlığı Pekinin qəzəbindən qurtula bilib. Ancaq bundan sonra ABŞ texnologiya sektoru, özəlliklə də, çipmeykerləri ticarət müharibəsindən ziyan görə bilər. ABŞ yarımkeçiricilər sektorunun gəlirlərinin dörddə biri Çinə bağlıdır.

Ticarət mübahisəsinin səyahətdə millətçilik hisslərini oyatması da mümkündür. Pekinlə Seulun münasibətləri pisləşəndə Cənubi Koreyaya səyahət edən çinlilərin sayı azaldı, Çində isə Cənubi Koreya istehsalı olan malların satışı düşdü”, – agentlik yazır.

Cümə günü Çində sosial mediada ən çox axtarılan ifadələr “Çin qorxmur”, “Çin axıradək gedəcək” olub.

Amma Oxford Economics şirkəti təhlilçilərinin fikrincə, ticarət müharibəsi qızışarsa, bunun ziyanlı fəsadları ola bilər.

“MÜHARİBƏ BELƏ OLUR”

Ən vacibi odur ki, hədələyici dildə istifadə olunan bu tariflər danışıqlarda müzakirə olunacaq, ona görə də yekun sayılmamalıdır”, – təhlilçilər müştərilərə qeyddə yazıblar.

Təhlilçilərin proqnozuna görə, hərtərəfli ticarət müharibəsi kəskin təsir göstərə bilər: “ABŞ və Çində real ÜDM artımında ciddi yavaşıma – toplam 1,0 faizlik itki görə bilərlər. 2019-cu ildə qlobal iqtisadi artım 3 faizdən 2,5 faizə düşər”.

Cümə günü dollar ucuzlaşıb, ABŞ səhm fyuçersləri və Asiya səhm bazarlarında düşüş yaşanıb.

Ticarət müharibəsi belə olur və ta başlanğıcdan buna görə xəbərdarlıq edirdik”, – Milli Pərakəndə Satış Federasiyasinın (National Retail Federation) prezidenti Matthew Shay deyib.

Təhlükəli yoldayıq və sonucda itirən Amerika ailələri olacaq”, – deyən Shay Trump-ı “ABŞ iqtisadiyyatı ilə ‘kim qorxar’ oyununu dayandırmağa” çağırıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG