Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 01:33

Trump Çin geyimləri, ayaqqabılarına da tarif qoya bilər


Donald Trump Çinlə bağlı sənədi imzalayır, 22 mart, 2018-ci il
Donald Trump Çinlə bağlı sənədi imzalayır, 22 mart, 2018-ci il

Trump administrasiyası bu həftə tarif qoyulacaq Çin mallarının siyahısını açıqlayacaq. “Reuters” informasiya agentliyi yazır ki, məqsəd Pekini texnologiya transferi siyasətinə görə cəzalandırmaqdır. Bu addımın dünyanın iki ən böyük iqtisadiyyatı arasında ticarət münasibətlərini gərginləşdirəcəyi gözlənir.

50-60 milyard dollarlıq illik idxal malının siyahısında “əsasən yüksək texnologiya” məhsullarının yer alacağı, təxminən iki aydan sonra qüvvəyə minəcəyi gözlənir. Bunu administrasiya rəsmiləri deyiblər.

ÇİNƏ İTTİHAMLAR

ABŞ Ticarət Təmsilçiliyi siyahını cümə gününədək açıqlamalıdır. Təmsilçilikdən bildirilir ki, tariflərin məqsədi Çinin hökumətini apardığı siyasətdə dəyişikliklərə məcbur etməkdir. Hökumətin ABŞ əqli mülkiyyətini Çin şirkətlərinə “qeyri-iqtisadi” transfer etdiyi vurğulanır.

Çin, arxiv fotosu
Çin, arxiv fotosu

Agentliyin apardığı “Section 301” adlı təhqiqat sonucunda bu tariflər qüvvəyə minir. İddia olunur ki, Çin birgə müəssisələr, texnologiyaya ədalətsiz lisenziya qaydaları, ABŞ texnologiya şirkətlərinin dövlət vəsaitiylə alınması hesabına sistematik şəkildə ABŞ əqli mülkiyyətini mənimsəməyə çalışıb.

Çin isə qanunlarının texnologiya transferi tələb etməsi barədə deyilənləri danır, ABŞ tariflərinə özünün ticarət sanksiyaları ilə cavab verəcəyini, Birləşmiş Ştatların soya paxlaları, təyyarələri və ağır avadanlığını hədəfə ala biləcəyini bildirib.

Bu arada Çin Birləşmiş Ştatlardan 128 idxal növünə yeni tariflər qoyub. Dəyəri 3 milyard dollar olan bu addım ABŞ-ın polad və alüminium idxalına yeni tariflərinə cavab olaraq atılıb.

Çinin Xarici İşlər Nazirliyi aprelin 2-də bildirib ki, yeni tariflər qoyulan məhsullara dondurulmuş donuz əti, bəzi meyvələr və şərab daxildir, dərhal da qüvvəyə minir.

Donuz əti daxil olmaqla, səkkiz məhsula tarif 25%, 120 məhsula isə 15% qaldırılır.

Pekin hələ martın 23-də bildirmişdi ki, yeni tariflər nəzərdən keçirilir. Bu, qlobal ticarət müharibəsi sarıdan narahatlıq yaratmışdı.

“MADE IN CHİNA 2025”

ABŞ prezidenti Donald Trump martın 22-də yeni alüminium və polad tarifləri elan edib. Bu addım onun müttəfiqlərini qəzəbləndirib.

Trump daha sonra Avropa Birliyi, Argentina, Avstraliya, Braziliya, Kanada, Meksika və Cənubi Koreya üçün tarifləri ertələyib.

ABŞ texnologiya rəsmilərinin fikrincə, Trump administrasiyasının açıqlayacağı siyahıda Pekinin “Made in China 2025” proqramından faydalanan məhsullar yer alacaq. Dövlətin bu proqramının hədəfi 10 strateji sənayedə idxalı Çin məhsulyula əvəzləməkdir: qabaqcıl informasiya texnologiyaları, robotlaşdırma, təyyarə istehsalı, gəmiqayırma və sairə.

Məlumatlara görə, tarif siyahısına geyim və ayaqqabı kimi istehlak malları da salına bilər. Bu, ABŞ biznes qruplarının güclü etirazına səbəb olub. Onlar bu addımın ABŞ istehlakçıları üçün qiymətləri qaldıracağını deyirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG