Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:59

Səudiyyənin İsrail açıqlaması Khamenei-ni qəzəbləndirib


Ayətulla Ali Khamenei
Ayətulla Ali Khamenei

İranın ali dini lideri ayətulla Ali Khamenei deyir ki, İsraillə danışığa getmək “bağışlanmaz səhv” olar. Bundan bir neçə gün öncə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilk dəfə olaraq israillilərin öz torpaqlarında dinc şəraitdə yaşamaq haqları olduğunu dilə gətirib.

Aprelin 4-də Khamenei-nin vebsaytında yerləşdirilmiş bəyanatında şahzadə Mohammed bin Salman-ın açıqlamasına toxunulmur. Ancaq o, açıq şəkildə deyir ki, Tehran İsraillə Səudiyyə arasında son yaxınlaşmaya qarşıdır.

“DİNİ BORC”

Səudiyyə taxt-tacının vəliəhdi “The Atlantic” dərgisinə müsahibə verib. Bundan başqa o bu yaxınlarda iki ölkə arasında hava xətti açıb və İsrail bunu tarixi hadisə kimi alqışlayıb.

Mohammed bin Salman Al Saud
Mohammed bin Salman Al Saud

“Aldadan, yalançı və zalım İsrail rejimiylə danışıqlara doğru irəliləmək böyük, bağışlanmaz bir səhvdir, Fələstin xalqının qələbəsini geri atacaq”, – Khamenei deyib.

İran liderinin fikrincə, Fələstinin müqavimət hərəkatını dəstəkləmək bütün müsəlmanların “dini borcudur”. O, İranın Fələstin islamçı Hamas qrupuna dəstəyini davam etdirəcəyini dilə gətirib.

Səudiyyə Ərəbistanı İsraili rəsmən tanımır. Ər-Riyad dəfələrlə bildirib ki, İsraillə münasibətlərin normallaşması İsrailin 1967-ci il Yaxın Şərq müharibəsi zamanı tutduğu ərəb torpaqlarından çıxmasından asılıdır. Fələstin həmin torpaqları gələcək dövlətlərinin tərkib hissəsi kimi görür.

*** Buna da bax: İran Yəməndəki yaraqlılara raket vermədiyini deyir

Ancaq ötən noyabrda İsrail hökumətinin üzvü Səudiyyə Ərəbistanıylı gizli kontaktları olduğunu açıqlayıb. Ər-Riyadla gizli sövdələşmələrlə bağlı uzun müddət şayiələr dolaşsa da, bu, rəsmən təkzib olunurdu.

Təhlilçilərin fikrincə, vaxtilə düşmən olan bu iki ölkənin münasibətlərinin yaxşılaşmasının bir səbəbi onların İranı vahid təhdid kimi görməsidir.

HAMAS LİDERİNİN MƏKTUBUNA CAVAB

Khamenei isə bəyanatını Hamas lideri Ismail Haniya-dan aldığı məktuba cavab olaraq səsləndirib. Məktubda o, regiondakı ərəb hökumətlərinin Birləşmiş Ştatlara dəstəyini tənqid edirdi.

İsraili məhv etməklə hədələyən Hamas Qəzzanın sahil zolağına nəzarət edir. Bu həftə burada İsrail təhlükəsizlik qüvvələriylə toqquşmalarda azı 17 fələstinli öldürülüb.

Khamenei bəyanatında müsəlman ölkələrini İsrailin məhvindən ötrü Hamas-ın ətrafında birləşməyə çağırıb.

*** Buna da bax: Trump Səudiyyə şahzadəsiylə görüşüb

Aprelin 4-də İsrailin baş naziri Benjamin Netanyahu İran prezidenti Hassan Rohani-nin bəyanatını pisləyib. Rohani Birləşmiş Ştatlarla İsrailin Suriyada “terrorçular”ı dəstəklədiyini demişdi.

İran, Suriya və Rusiya Suriyadakı vətəndaş müharibəsində opponentləri “terrorçular” adlandırır. Rohani sözügedən açıqlamanı aprelin 4-də Ankarada verib.

“Rohani-nin İranın Qüds Qüvvəsinin Suriyada apardığı terrorçu və sabotaj fəaliyyətindən xəbəri yoxsa, İsrail onu bilgiləndirə bilər”, – Netanyahu deyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG