Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Dekabr, Cümə, Bakı vaxtı 15:28

Trump Səudiyyə şahzadəsiylə görüşüb


Donald Trump (sağda) və Mohammad bin Salman al-Saud Ər-Riyadda görüş zamanı, 20 may, 2017-ci il

Martın 20-də ABŞ prezidenti Donald Trump Ağ evdə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Muhammad bin Salman-la görüşüb. Trump Birləşmiş Ştatların Səudiyyəyə silah satışını tərifləyib. Tərəflər İranla yaşanan gərginliyi də müzakirə ediblər.

Şahzadəylə Trump-ın İranla nüvə sazişində “qüsurlar”ı, İranın Yaxın Şərqdəki münaqişələrdə rolunun önlənməsini müzakirə etdikləri xəbər verilir.

Nə baş verəcəyini görəcəyik”, – Trump nüvə sazişinin dəyişdirilməsi, yaxud ondan çıxmaqla bağlı suala cavabında deyib.

İran dünyanın o hissəsində uyğun şəkildə davranmır. İranda çox pis şeylər baş verir. Bir aya sazişə baxılacaq və nə baş verəcəyini görəcəyik”, – Trump bildirib.

ABŞ prezidenti nüvə sazişindən çıxmaqla hədələyib. Avropalı müttəfiqləri və ABŞ Konqresi qarşısında şərt qoyub ki, mayın 12-dək sənəddəki “fəlakətli qüsurlar”ı yoluna qoymağa razılaşsınlar, İranın ballistik nüvə raketi hazırlamasına, regional münaqişələrdə iştirakına yeni məhdudiyyətlər qoysunlar.

Tehran regionda münaqişələrə müdaxiləylə bağlı ittihamları rədd edir, Trump-ın nüvə razılaşmasına dəyişikliklər tələbinə qarşı çıxır.

Günün bütün mövzuları

XS
SM
MD
LG