Keçid linkləri

Təcili xəbərlər
2021, 22 İyun, çərşənbə axşamı, Bakı vaxtı 22:23

İran Yəməndəki yaraqlılara raket vermədiyini deyir


Səudiyyə İranın atdığını iddia etdiyi raketlərin qalıqlarını sərgiləyir

İranın İslam İnqilabı Keşikçiləri Korpusu Yəməndəki husi yaraqlılara raket verməsiylə bağlı iddiaları rədd edib. Bu ittihamları həmin raketlərin atıldığı Səudiyyə Ərəbistanı səsləndirib.

Səudiyyə Ərəbistanının bu cür iddialar səsləndirməsinin məqsədi özlərinin Yəməndə törətdikləri vəhşiliklərdən ictimai fikri yayındırmaqdır”, – Korpusun siyasi təmsilçisi Yadollah Javani martın 27-də İranın Tasnim agentliyinə deyib.

Şiəməzhəb husi yaraqlılarla vətəndaş müharibəsində Yəmən hökumətini dəstəkləyən Səudiyyə koalisiyası martın 26-da Tehranı ötən həftəsonu krallığa atılmış yeddi raketi yaraqlılara verməkdə suçlayıb. Həmin zərbələrdə Ər-Riyadda bir nəfər həlak olub, üç nəfər yaralanıb.

Koalisiyanın sözçüsü deyib ki, düzgün vaxtda İrana reaksiya vermək hüququnu saxlayırlar.

Javani isə bildirib ki, Səudiyyə koalisiyası ötən ildən Yəmən limanlarını blokadaya aldığından oraya silah göndərmək mümkün deyil.

XS
SM
MD
LG