Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 22:10

CPJ jurnalistlər üçün kampaniyaya başlayır


Azimjan Askarov

Aprelin 2-də Jurnalistləri Müdafiə Komitəsi (CPJ) illik “Mətbuatı Azad Et” kampaniyasına start verib. Məqsəd Qırğızıstanda həbs olunmuş Azimjan Askarov və digər ölkələrdəki daha dörd “cəsarətli” reportyor barədə maarifləndirmə işi aparmaqdır.

“Tərəfdarlar fiziki yolla, yaxud rəqəmsal açıqcalar göndərə bilərlər, jurnalistlər unudulmadıqlarını bilsinlər, onları həbs edən hökumətlər dünyanın onları izlədiyini anlasınlar”, – Nyu Yorkda mənzillənən media qurumu vebsaytında bildirir.

CPJ-nin builki kampaniyası beş jurnalisti əhatələyir. Onların fəaliyyətinə görə Qırğızıstan, Misir, Türkiyə, Konqo Respublikası və Çində həbsə atıldığı bildirilir.

Müstəqil xəbər saytları ilə işləyən, insan haqları fəalı Askarov Qırğızıstanda ömürlük həbsə məhkum edilib. O, etnik özbəkdir, 2010-cu ildə Qırğızıstanın cənubunda etnik toqquşmalardan sonra “sülhə və cəmiyyətdə sabitliyə təhlükə yaratmaqda” təqsirli bilinib. Həmin toqquşmalarda 400-dən çox adam öldürülüb.

CPJ dekabrda bildirirdi ki, dünyada işinə görə 262 jurnalist həbsdədir.

XS
SM
MD
LG