Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:47

Rusiya: Dəməşq ətrafının böyük hissəsi Suriyanın nəzarətindədir


Şərqi Quta, 27 mart, 2018-ci il
Şərqi Quta, 27 mart, 2018-ci il

Suriya və Rusiya qüvvələri şərqi Qutadakı üsyançıların çoxunu çıxarıblar və hazırda hökumət Dəməşq ətrafının 90 faizinə nəzarət edir. Bunu Rusiyanın xarici işlər naziri Sergei Lavrov deyib.

İndiyədək yaraqlıların əksəriyyəti çıxarılıb”, – Lavrov martın 29-da Moskvada mətbuat konfransında bildrib. O, daha öncə BMT-nin Suriya üzrə elçisi Staffan de Mistura ilə görüşüb.

90 FAİZ HÖKUMƏTİN NƏZARƏTİNDƏDİR

Şərqi Qutanın 90 faizi hökumət qüvvələrinin nəzarətindədir və dinc həyatın bərpası yönündə cəhdlər başlanıb”, – Lavrov deyib.

Dəməşqin ətrafına nəzarəti ələ almaq üçün əməliyyatlar fevraldan başlanıb. Bu, Hələbdən sonra Rusiyayla Suriyanın ən böyük qələbəsi sayılır. Ancaq eyni zamanda yeddi illik müharibə zamanı ən qanlı əməliyyatlardan olub.

*** Buna da bax: Qutadan çıxarılanlar var

BMT və insan haqları qrupları burada 1600-dən çox adamın öldürüldüyünü, minlərlə sakinin aclıq, evsizlik, sağlıq problemləriylə üzləşdiyini bildirib.

Qərb ölkələri dinc sakinlər arasında ölüm hallarının azaldılması, əraziyə humanitar yardımın çatdırılması üçün atəşkəs elan etməyə çalışıblar. Amma BMT Təhlükəsizlik Şurasının fevralın 24-də qəbul etdiyi qətnamə tam yerinə yetirilməyib.

Di gəl, dünyanın qalan hissəsinin pislədiyi bombardmanlar Rusiya və Suriyadan ötrü nəticə verib.

QALANLAR DA ƏRAZİDƏN ÇIXARILIR

Müharibəyə nəzarət edən qurumlar da sn günlər Suriya əsgərlərinin şərqi Qutanın 90 faizindən böyük hissəsini tutduğunu təsdiqləyiblər. Rusiyanın vasitəçiliyi ilə qalan üsyançılarla da sövdələşmələr əldə olunur və onlar da ərazidən çıxırlar.

Moskva artıq iki belə evakuasiya sövdələşməsini təmin edib. Jaish al-Islam fraksiyasının Duma Şəhərindən çıxmasına çalışır.

Rusiya xarici işlər nazirinin müavini Mikhail Bogdanov martın 29-da deyib ki, Jaish al-Islam ilə danışıqlar davam edir.

*** Buna da bax: Trump Rusiya və İranı Suriyadakı ‘humanitar rüsvayçılıqda’ ittiham edir

Qruplaşmanın sözçüsü Ammar al-Hassan-ın deməsinə görə, Suriya və Rusiya yaraqlıların şimala doğru irəliləməsində təkid edir, ancaq onlar tələbləri rədd edib.

Suriya dövlət televiziyasının məlumatına görə, hökumət qruplaşmaya ərazini tərk etməyə üç gün vaxt verib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG