Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:13

Trump-ın Rusiyayla əlbirliyi məsələsində amerikanların fikri haçalanır


Robert Mueller (solda) və Donald Trump, kombo fotosu
Robert Mueller (solda) və Donald Trump, kombo fotosu

Amerikalıların 58 faizi prezident Donald Trump-la Rusiyanın iddia olunan əlbirliyinin hərtərəfli araşdırılmasını istəyir. 36 faiz bu araşdırmanı müxalifətin Trump-ı gözdən salmaq cəhdi hesab edir. Bu rəy sorğusunu CNN telekanalı keçirib.

Bu rəqəmlər təxminən elə fevraldakı kimidir. Baxmayaraq ki, Trump o vaxtdan istintaqa, özəlliklə də xüsusi müşavir Robert Mueller-ə qarşı ritoritakını gücləndirib.

*** Buna da bax: Trump Mueller-i işdən çıxarmağı düşünmür

BİRCƏ İSTİNTAQLA BAĞLI REYTİNQİ AŞAĞIDIR

Son bir ay– ayyarımda bəlli olub ki, Mueller istintaqı genişləndirib, Trump-ın Rusiyadakı maliyyə əməliyyatlarını da araşdırmağa başlayıb. Bu arada respublikaçıların – Nümayəndələr Palatasının kəşfiyyat komitəsi üzvlərinin hesabatı açıqlanıb, Rusiyayla Trump-ın seçki kampaniyası arasında əlbirliyin olmadığı bildirilib. Di gəl, elə fevralda olduğu kimi, respondentlərin 48 faizi Mueller-in istintaqa yanaşmasını dəstəklədiyini, 32 faizi isə prezident Trump-ın mövqeyini düzgün saydığını bildirib.

Bu məsələdə Trump-ın mövqeyinin aşağı olduğu üz çıxıb. Hətta öz partiyadaşları arasında belə. Respublikaçıların cəmi 61 faizi Ağ ev rəhbərinin “Rusiya istintaqı”yla bağlı mövqeyini paylaşır. Digər məsələlərdə isə ona dəstək 70 faizdən az deyil.

*** Buna da bax: Rusiyayla Trump-ın seçki kampaniyası arasında 'əlaqə tapılmayıb'

Respublikaçıların 77 faizi hesab edir ki, Trump istintaqla adekvat əməkdaşlıq edir. Müstəqil seçicilərin 42 faizi bu fikirlə razıdır, demokratlara səs verənləri isə cəmi 6 faiz belə düşünür.

Respublikaçıların yalnız 54 faizi düşünür ki, Trump and içərək Mueller-in komandasına ifadə verməlidir. Demokratların düşərgəsində yalnız 92 faiz bu ideyanı dəstəkləyir.

Demokratlarla respublikaçılar arasında ən böyük fikir ayrılığı bir məsələylə bağlıdır – Mueller Trump-ın Rusiyadakı maliyyə fəaliyyətini araşdırmalıdırmı. Demokratların 92, respublikaçıların 39 faizi bu mövqeni dəstəkləyir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG