Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:10

Rusiyayla Trump-ın seçki kampaniyası arasında 'əlaqə tapılmayıb'


Adam Schiff (soldan) və Mike Conaway
Adam Schiff (soldan) və Mike Conaway

ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin respublikaçı üzvləri bildirirlər ki, Rusiyanın 2016-cı il seçkisinə iddia olunan müdaxiləsiylə bağlı araşdırma tamamlanıb. Konqresmenlərin deməsinə görə, Kremllə prezident Donald Trump-ın seçki kampaniyası arasında əlaqə tapılmayıb.

Martın 12-də axşam açıqlanmış hesabat layihəsini Trump alqışlayıb, komitə demokratları isə onu dərhal rədd edib. Sənəddə respublikaçılar bildirirlər ki, Rusiyanın sosial mediada təbliğat və saxta xəbərlər yaymaqla seçkiyə təsir göstərməyə çalışmasıyla razılaşırlar.

“ƏLAQƏYƏ DƏLİL TAPMADIQ”

Ancaq onlar Moskvanın Trump-a yardım etməsinə dair arqumentlərə qarşı çıxdıqlarını deyirlər. Qeyd edək ki, demokratların namizədi Hillary Clinton üzərində təəccüblü qələbə qazanmış Trump-a Rusiyanın kömək etməyə çalışması barədə qənaəti ABŞ Mərkəzi Kəşfiyyat Agentliyi, Milli Təhlükəsizlik Agentliyi və Federal Təhqiqat Bürosu ortaya qoymuşdu.

*** Buna da bax: Mueller Trump-ın Kremllə gizli kanal yaratmağa çalışması iddialarını araşdırır

ABŞ milli kəşfiyyatı direktorunun sözçüsü martın 2-də bildirib ki, agentliklər ötən il əldə olunmuş həmin nəticələrin arxasında dayanır.

Komitənin respublikaçı üzvü Mike Conaway son bir ildə komitənin təhqiqatına rəhbərlik edib. O, mediaya açıqlamasında komitənin təhqiqatın intervyü mərhələsini bitirdiyini söyləyib.

Hansısa əlaqəyə dəlil tapmadıq”, – deyən Conaway əlavə edib ki, Trump-ın seçki kampaniyasının yol verdiyi yeganə səhv rusiyalılarla “görüşə getməklə yol verilən yanlış, qeyri-adekvat mühakimə” olub.

Trump Twitter-də respublikaçıların hazırladığı hesabat layihəsini ciddi dönüş nöqtəsi kimi alqışlayıb. Ancaq komitənin aparıcı demokrat üzvü Adam Schiff hesabatla qətiyyən razılaşmadığını, respublikaçıların təhqiqatı bağlamaq cəhdinin “erkən” olduğunu deyib.

AĞ EVƏ TƏSLİM OLMAQ

Schiff deyib ki, Rusiya istintaqı çərçivəsində Trump-ın keçmiş rəsmilərinə ittiham irəli sürüldüyü, bəzilərinin təqsirini etiraf etdiyi bir halda onun kampaniyasına bəraət qazandıran nəticələrin dərci Ağ evin təzyiqinə “təslim olmağa” bərabərdir.

*** Buna da bax: Trump administrasiyasından gedənlər

Nümayəndələr Palatası komitəsinin apardığı istintaq, Rusiyanın 2016-cı il seçkisinə iddia olunan müdaxiləsi, onun Trump-ın seçki kampaniyasıyla koordinasiya cəhdlərinin Konqresdə araşdırıldığı üç əsas istintaqdan biridir.

Bu arada xüsusi müşavir Robert Mueller də Rusiya istintaqını sürətləndirib, Trump-ın keçmiş kampaniya əməkdaşlarına ittihamlar irəli sürüb.

Komitənin respublikaçı üzvləri bir neçə həftəydi deyirdilər ki, istintaqın müsahibə mərhələsini bitirmək üzrədirlər və nəticələri açıqlayacaqlar.

Demokratlarsa respublikaçıları istintaqı Trump-ı qorumaq məqsədiylə istintaqı “tezbazar” bitirmək, partiyanın noyabrda Konqresə seçkilərdə qələbə şanslarını artırmağa çalışmaqda ittiham edib.

Respublikaçılar hazırda Konqresin hər iki palatasına nəzarət edir, ancaq ilkin rəy sorğuları onların Nümayəndələr Palatasında çoxluğu saxlamaqla çətinlik yaşayacağını üzə çıxarıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG