Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 14:48

Trump Mueller-i işdən çıxarmağı düşünmür


Robert Mueller

ABŞ prezidenti Donald Trump xüsusi müşavir Robert Mueller-i işdən çıxarmağı nəzərdən keçirmir. Bu haqda Ağ evin hüquqşünası bəyanat yayıb.

Vəkil Ty Cobb bəyanatı martın 18-də verib. Ondan öncə Trump bir neçə tvitində Mueller-in apardığı Rusiya istintaqını tənqid edib. Mueller Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkisinə müdaxiləsi və Trump-ın seçki kampaniyasıyla mümkün əlaqələrini araşdırır.

Trump dəfələrlə deyib ki, bu istintaqın siyasi motivli olmasına inanır, onu bəzən “əcinnə ovu”da adlandırıb.

Mediada gedən məlumatlara və administrasiyaya ünvanlanan suallar cavab olaraq Ağ ev bildirir ki, prezident xüsusi müşavir Robert Mueller-i işdən çıxarmağı nəzərdən keçirmir, yaxud müzakirə etmir”, – Cobb deyib.

Əksər demokratlar, hətta respublikaçılardan bəziləri Trump-ı Mueller-i vəzifəsindən kənarlaşdırmamağa çağırıb, bunun konstitusiya böhranı yarada biləcəyini deyib.

Federal Təhqiqat Bürosunun keçmiş rəhbəri olan Mueller məhz Rusiyayla Trump-ın seçki kampaniyası arasında əlaqəni araşdırmağa təyin olunub. Amma ABŞ-da xüsusi müşavir haqqında qanun ona istintaq çərçivəsində aşkarladığı istənilən cinayəti araşdırmağa imkan verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG