Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:08

Amerikalılar Facebook-a daha az inanırlar


Mark Zuckerberg
Mark Zuckerberg

Adamların konfidensiallığın qorunmasıyla bağlı Facebook-a inamı azalmaqdadır. Bunu bazar günü Birləşmiş Ştatlar və Almaniyada dərc olunmuş rəy sorğuları üzə çıxarıb. “Reuters” agentliyi yazır ki, Facebook bu arada Britaniya və ABŞ qəzetlərində istifadəçilərdən üzrxahlıq elanları yerləşdirir.

*** Buna da bax: Elon Musk öz şirkətlərinin Facebook hesablarını sildi

Bazar günü – martın 25-də yayılmış Reuters/Ipsos sorğusuna görə, amerikanların yarıdan da azı Facebook-un ABŞ-da konfidensiallıq qanunlarına əməl etdiyini düşünür. Almaniyada ən çox satılan Bild am Sonntag qəzetinin dərc etdiyi sorğuya görə isə almanların 60 faizi Facebook və digər sosial şəbəkələrin demokratiyaya mənfi təsir göstərməsindən qorxurlar.

“SOSİAL MEDİANIN QARANLIQ TƏRƏFLƏRİ”

Facebook-un təsisçisi və rəhbəri Mark Zuckerberg üzrxahlıq elanlarında “etimadın pozulması”na görə üzr istəyib. Üzrxahlıq Britaniyada “Observer”, ABŞ-da “New York Times”, “Washington Post” və “Wall Street Journal”da dərc olunub.

Sizin informasiyanızı qorumaq məsuliyyətimiz var. Bunu bacarmasaq, sizə layiq deyilik”, – mətndə deyilir.

Hazırda Facebook istifadəçilər, reklamçılar, qanunvericilər və investorlar arasındakı nüfuzu bərpa etməyə çalışır. Səbəb Britaniyanın Cambridge Analytica şirkətinin istifadəçilərin şəxsi məlumatlarına qanunsuz çıxış əldə etməsiylə bağlı iddialardır. Şirkətin amerikalı seçicilərin profilini hazırladığı, daha sonra onlardan 2016-cı ildə ABŞ-da Donald Trump-ın prezident seçilməsində istifadə olunduğu bildirilir.

*** Buna da bax: Zuckerberg üzr istədi, Facebook-a inanmaq olarmı

ABŞ senatında kəşfiyyat komitəsinin aparıcı demokrat üzvü Mark Warner bazar günü NBC-yə müsahibəsində Zuckerberg-i konqresmenlər qarşısında ifadə verməyə çağırıb. O deyib ki, Facebook və digər internet şirkətləri “sosial medianın qaranlıq tərəfləri”, onunla necə manipulyasiya olunmasıyla mübarizəyə könülsüz yanaşıb

Zuckerberg etiraf edib ki, universitet tədqiqatçısının hazırladığı app “2014-cü ildə milyonlarla adamın Facebook-dakı informasiyasını sızdırıb”.

41 FAİZ İNANIR

Ötən həftə Facebook-un səhmləri 14 faiz düşüb, #DeleteFacebook (Facebook-u poz) həştəqi yayılıb.

The Reuters/Ipsos onlayn sorğusuna görə, amerikalıların 41 faizi Facebook-un şəxsi informasiyanın qorunmasıyla bağlı qanunlara əməl etməsinə inanır. 66 faiz Amazon.com Inc-ə, 62 faiz Alphabet Inc-in Google şirkətinə, 60 faizsə Microsoft Corp.-a inandığını dilə gətirib.

Sorğu çərşənbə günündən cümə gününədək keçirilib, 2 min 237 nəfər fikrini bildirib.

*** Buna da bax: Facebook qalmaqalındakı akademik “qurbanlıq qoyun” seçildiyini deyir

Bild-in dərc etdiyi sorğunu Kantar EMNID şirkəti reprezentativ sorğu metodları əsasında keçirib. Ümumilikdə 33 faiz sosial medianın demokratiyaya müsbət təsir etdiyini deyib. 60 faizə əksini dilə gətirib.

Ancaq eMarketer şirkətinin təhlilçisi Debra Williamson agentliyə deyib ki, bu inamsızlığın adamların Facebook-dan imtinasıyla sonuclanacağını demək çətindir. Onun sözlərinə görə, bankların, yaxud digər qurumların müştərilərinin inamı itirəndən sonra oranı tərk etməsi mütləq deyil.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG