Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:48

Facebook qalmaqalındakı akademik “qurbanlıq qoyun” seçildiyini deyir


Chris Wylie
Chris Wylie

On milyonlarla Facebook istifadəçisi barədə informasiya toplamış Kembric Universitetinin akademiki deyir ki, sosial şəbəkə və Britaniyadakı Cambridge Analytica siyasi konsultasiya şirkəti onu “qurbanlıq qoyun” seçib.

Agentlik Birləşmiş Ştatlarda Donald Trump 2016-cı ilin noyabrında prezident seçkisində qalib gəlməzdən öncə ictimai fikri onun xeyrinə dəyişməyə çalışmaqda suçlanır.

Facebook-dan informasiyanı Chris Wylie sızdırıb. O bu həftənin əvvəlində deyib ki, Trump Cambridge Analytica-nı 2016-cı ildə seçki kampaniyasına cəlb edib və şirkət də sosial şəbəkənin 50 milyonluq istifadəçisi barədə informasiyaya çıxış əldə edib.

*** Buna da bax: Facebook rəsmisi Rusiya məsələsinə görə istefa verir

“DÜŞÜNÜRDÜK Kİ, NORMAL İŞ GÖRÜRÜK”

Facebook informasiyanın akademik Aleksandr Kogan tərəfindən toplandığını bildirir. Akademik Thisismydigitallife adlı şəxsiyyət sorğusu tərtib edib. Facebook bildirir ki, Kogan bu app vasitəsilə topladığı informasiyanı Cambridge Analytica-ya ötürməklə sosial şəbəkənin qaydalarını pozub.

Mənim fikrim belədir ki, həm Facebook, həm də Cambridge Analytica məndən günah keçisi kimi istifadə edir... biz düşünürdük ki, doğrudan da normal iş görürük”, – Kogan martın 1-də BBC-yə deyib.

Cambridge Analytica bizi əmin etmişdi ki, hər şey tamamilə qanuni, müqavilə şərtlərinə uyğundur”, – o, sözlərinə əlavə edib.

Cambridge Analytica-nın rəhbəri Alexander Nix-in səsi jurnalist araşdırması zamanı gizlin yazılıb. O, şirkətinin Trump-ın seçkidə qələbəsində həlledici rol oynamasıyla öyünüb.

KREMLƏ BAĞLILIQ?

Nix martın 20-də vəzifədən kənarlaşdırılıb. Şirkət bəyanatında bildirib ki, onun dedikləri “firmanın dəyərlərini, yaxud əməliyyatlarını təmsil etmir və kənarlaşdırılması bu pozuntuya necə ciddi yanaşdığımız göstərir”.

*** Buna da bax: Rusiyayla Trump-ın seçki kampaniyası arasında 'əlaqə tapılmayıb'

Kogan-ın deməsinə görə, toplanmış informasiyanın dəqiqliyi Cambridge Analytica tərəfindən şişirdilib və bu informasiyanın Trump-ın kampaniyasına köməkdən çox, ziyanı dəyib.

Son iki gündə Facebook-un səhm bazarındakı dəyəri 50 milyard dollar azalıb. Cambridge Analytica qalmaqalının onun nüfuzuna təsir göstərəcəyi, reklamçıları qorxudacağı, daha sərt tənzimlənməyə səbəb olacağı sarıdan qorxular var.

Kogan Moldovada doğulub, yeddi yaşında Birləşmiş Ştatlara köçənədək Moskvada yaşayıb. O, Kembricdə ikən Sankt Peterburq dövlət Universitetində vəzifə qəbul edib, tədqiqat üçün Rusiya hökumətinin qrantlarını alıb.

Kremlə bağlılığının mümkünlüyü barədə sualları o, “çox gülməli” adlandırıb, deyib ki, “məni tanıyanlar necə başısoyuq, arsız olduğumu bilir, casusluqla bağlı olacaq ən axırıncı adamam”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG