Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:15

Zuckerberg üzr istədi, Facebook-a inanmaq olarmı


Mark Zuckerberg, arxiv fotosu
Mark Zuckerberg, arxiv fotosu

Facebook rəhbəri Mark Zuckerberg mediaya dalbadal müsahibə verərək sosial şəbəkəyə ictimai və siyasi təzyiqi azaltmağa cəhd edib. Səbəb bu günlərdə ABŞ prezidenti Donald Trump-a bağlı informasiya toplayan şirkət ətrafında yaranmış qalmaqaldır.

“The Associated Press” agentliyi yazır ki, misli görünməmiş media kampaniyası aparan Zuckerberg-in niyyətinə çatıb-çatmadığı bəlli deyil.

Dünən – martın 2-də pərişan görkəmli Zuckerberg CNN-ə, bundan başqa Wired portalına müsahibələr verib. O, Cambridge Analytica şirkətinin 2016-cı ildə prezident seçkisinə təsir göstərmək məqsədiylə 50 milyondan çox Facebook istifadəçisi barədə məlumatları oğurlaması iddiaları haqda sualları cavablandırıb. Trump-ın seçki kampaniyası 2016-cı il seçkisi zamanı şirkətə 6 milyon dollar ödəyib, ancaq o vaxtdan özünü şirkətdən uzaq tutub.

*** Buna da bax: Facebook qalmaqalındakı akademik “qurbanlıq” seçildiyini deyir

Zuckerberg “etimadın pozulması”na görə üzr istəyib, səhvləri etiraf edib, bu qalmaqaldan sonra istifadəçiləri qorumağa yönəlik addımları açıqlayıb.

Bunun baş verməsinə həqiqətən təəssüflənirəm. Facebook-un istifadəçilərin məlumatlarını qorumaq məsuliyyəti var...” - deyən Zuckerberg əlavə edib ki, bu alınmasa, “insanlara xidmət etmək fürsətinə layiq deyilik”.

SƏHMLƏR 8 FAİZ UCUZLAŞIB

Bu müsahibələrdən öncə isə o, Facebook postunda şirkətin səhvlərə yol verdiyini etiraf edib.

Cambridge Analytica şirkətinin təxminən 50 milyon Facebook istifadəçisinin məlumatını qanunsuz əldə etməsi xəbəri ötən cümə günü yayılıb. O vaxtdan Zuckerberg və sosial şəbəkənin ikinci rəsmisi Sheryl Sandberg susublar.

Xəbər çıxandan Facebook-un səhmləri 8 faiz ucuzlaşıb, şirkətin bazar dəyərini 46 milyard dollar azaldıb

Bir sıra ekspertlər Zuckerberg-in CNN-ə müsahibə verməklə vacib addım atdığını düşünür. Ancaq Nyu York və Kolumbiya Universitetlərində krizis-menecment professoru Helio Fred Garcia fərqli düşünür:

O, istifadəçilərə ziyan dəydiyini, yaxud dəyə biləcəyini etiraf etmədi. Bir çoxlarının hətta onun üzr istədiyini anlamasına belə şübhəylə yanaşıram”, – o deyib.

Əvəzində, Facebook rəhbəri şirkətin artıq atdığı addımları sadalayıb. Məsələn, 2014-cü ildə kənar apps-lərin istifadəçilər barədə məlumatlara çıxışını məhdudlaşdıran tədbirdən söz açıb. Amma bu addım, deyəsən, Cambridge şirkətinin fəaliyyətini əngəlləyə bilməyib.

TƏNZİMLƏNMƏDƏN NECƏ YAXA QURTARMALI

Zuckerberg CNN-ə müsahibəsində deyib ki, Konqres qarşısında ifadə verməkdən “məmnun” olar, əgər “bu, düzgün addımdırsa”. O əlavə edib ki, Konqresin nə istəməsindən asılı olaraq, Facebook-un xeyli sayda digər rəsmiləri daha uyğun şahidlər ola bilərlər.

*** Buna da bax: Facebook rəsmisi Rusiya məsələsinə görə istefa verir

Tənzimlənmədən yaxa qurtarmaq üçün diş-dırnaqla savaşmalı olacaqlar. Altı aydan sonra yenə eyni söhbətləri eşidəcəyik, seçkiyə az qaldıqca durum daha da pisləşəcək”, – Notre Dame Universitetində biznes professoru Timothy Carone agentliyə deyib.

2011-2012-ci illərdə Facebook-da məlumatların qorunması işinə baxan Sandy Parakilas martın 21-də Britaniya parlamentinin komitəsində bildirib ki, şirkət öz təhlükəsizliyinə ayıq-sayıq yanaşıb, amma istifadəçilərin məlumatlarıyla pinti davranıb.

Onun deməsinə görə, email ünvanı və bəzi hallarda şəxsi mesajlar Facebook serverlərindən kənara çıxıb və bu məlumatlardan sonradan necə istifadə olunduğuna nəzarət edilməyib.

Dartmut kollecindən biznes professoru Paul Argenti-nin fikrincə, Zuckerberg-in dedikləri düzgün notlara toxunub, amma yetərli deyil: “İndi sual odur ki, Facebook-a doğrudan da inanmaq olarmı. Məncə, bu suala cavab verilməyib”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG