Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 19:38

Ramil Usubov polisə 348 nəfər seçib


Ramil Usubov polisdə çalışmaq istəyənlər önündə. 15 aprel, 2016

Bu gün, martın 24-də daxili işlər naziri Ramil Usubov bu nazirliyin baş idarəsində, ərazi polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrinə seçilmək istəyənlərdən ötrü sıra baxışı keçirib.

Bu haqda nazirliyin mətbuat xidməti xəbər verir.

Mətbuat xidməti bildirir ki, nazir polisdə işləməkdən ötrü müraciət edənlərin hər birinin zahiri görkəmi, fiziki hazırlığı, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb.

Ramil Usubovun müraciət edən 518 iddiaçı arasından 348 nəfəri seçdiyi bildirilir.

Onun polisə seçilənlər qarşısında çıxış etdiyi bildirilir. Nazir son illər daxili işlər orqanlarında xidmətə qəbulun şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini vurğulayıb.

Azərbaycanda polisin ümumilikdə rəsmi sayı açıqlanmır. Bununla bağlı kütlavi informasiya vasitələrində ara-sıra tənqidi yazılar yer alır.

Multimedia

XS
SM
MD
LG