Keçid linkləri

Təcili xəbərlər
2021, 02 Mart, çərşənbə axşamı, Bakı vaxtı 21:30

Olimpiya kompleksinin tikintisinə 16,5 milyon ayrıldı


Maştağada Olimpiya İdman Kompleksi (arxiv fotosu)

Prezident İlham Əliyev martın 23-də “Beyləqan rayonunda olimpiya idman kompleksinin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən Beyləqan rayonunda olimpiya idman kompleksinin layihə-smeta sənədlərinin hazırlanması və tikintisinin başa çatdırılması məqsədilə Gənclər və İdman Nazirliyinə 16,5 milyon manat ayrılır.

Azərbaycan Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Maliyyə Nazirliyinin üzərinə isə göstərilən məbləğdə maliyyələşməni təmin etmək vəzifəsi qoyulur.

Buna da bax: Son 5 ildə Azərbaycan yarış və şoulara nə qədər pul xərcləyib? [video]

Hazırda Azərbaycanda 43 olimpiya kompleksinin fəaliyyət göstərdiyi bildirilir.

Ancaq ölkədə olimpiya komplekslərinin fəaliyyətinə münasibət birmənalı deyil.

Bəzi ekspertlər deyir ki, rayonlarda inşa edilən həmin komplekslərdə yüksək ödənişlər üzündən arzu edən yerli sakinlərin çoxu onların xidmətlərindən yararlana bilmir. Ekspertlərin fikrincə, bu komplekslərin idmanın inkişafına ciddi təsiri yoxdur və daha çox görüntüyə xidmət edir.

Ancaq rəsmilər belə fikirlərlə razılaşmırlar.

Buna da bax: Boş qalmış olimpiya mərkəzi

XS
SM
MD
LG