Keçid linkləri

Təcili xəbərlər
2018, 27 Aprel, Cümə, Bakı vaxtı 10:33

Fransada “terror aktı”nda bir nəfər öldürülüb


Hadisə yeri

Martın 23-də Fransanın cənubunda bir silahlı supermarketdə girovlar götürüb, bundan öncə isə polisə atəş açıb.

Bir polisin öldürüldüyü, digərinin ağır yaralandığı bildirilir. İnsident Tuluzanın cənubundakı kiçik Treb şəhərində baş verib. Baş nazir Edouard Philippe bunun “terror aktı”na bənzədiyini bildirib.

Silahlının hələ də supermarketdə olduğu bildirilir, içəridə ondan başqa neçə nəfərin olduğu bəlli deyil.

SGP Police-FO polis bölməsinin rəhbəri Yves Lefebvre-nin deməsinə görə, şübhəli əvvəlcə Karkason şəhərində polis əməkdaşlarına altı atəş açıb.

O, polislərdən birinin çiynindən yaralandığını, yarasının ağır olmadığını deyib.

Şübhəli daha sonra yaxınlıqdakı Treb şəhərində supermarketə gedib, orada bir nəfəri öldürüb, digərini ağır yaralayıb.

Bu deyilənləri başqa mənbələrdən təsdiqlətmək mümkün olmayıb.

Hadisə yerinə xüsusi polis qüvvələri göndərilib, yollar bağlanıb.

Daxili İşlər Nazirliyinin sözçüsü Frederic Delanouvelle deyib ki, bir şübhəli var və polis onu ələ keçirməyə hazırlaşır. O, neçə adamın girov götürüldüyünü açıqlamayıb.

Mediada yayılmış təsdiqlənməmiş məlumatlara görə, şübhəli İslam Dövləti ekstremist qrupunun üzvü olduğunu iddia edib.

Təhlükəsizlik mənbələri Fransanın daxili işlər naziri Gerard Collomb-un hadisə yerinə getdiyini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG